Məzmun
Müsavat hökümətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır.
Film haqqında
Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir.
Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir.
Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir.
Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir. Həmçinin bu kadrlar kinostudiyanın pavilyonunda çəkilmişdir.
Film ekranlara çıxmamış rejissor vəfat etmişdi.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Ssenari müəllifi : Georgi Mdivani
Quruluşçu rejissor : Səməd Mərdanov(debüt)
Quruluşçu operator : Dmitri Feldman
Operator : Əsgər İsmayılov, Muxtar Dadaşov
Bəstəkar : Niyazi
Quruluşçu rəssam : Viktor Aden, G. Əliyev
Səs operatoru : Ağahüseyn Kərimov
Operator assistenti : N. Petrov, V. Bekker
Qrim rəssamı : Georgi Parisaşvili
Rejissor assistenti : Məmməd Əlili, Aleksandr Popov, A. İslamzadə
Montaj üzrə assistent : A. Strijova
Rejissor Köməkçisi : Lətif Səfərov
Filmin direktoru : Teymur Hüseynov
Montaj Edən : Boris Barnet
Mahnıların Mətni : Rəsul Rza
Rollarda
Ələsgər Ələkbərov-Aşıq Göydəmir
Mustafa Mərdanov-Təhməz; Menşevik
Rza Darablı-Hacı Həsən
Boris Baykov-Petra
Rza Əfqanlı-Abbas
Sidqi Ruhulla-Pristav
Əli Qurbanov-Ağ saçlı
Möhsün Sənani-Eldar
Xeyri Əmirzadə-Mehmandar bəy
Tamara İsgəndərova-Ülfət
Mikayıl Mikayılov-Bəy oğlu
Atamoğlan Rzayev-Hacı Həsənin oğlu
Əlisəttar Məlikov-Rəhim
A. Voloxov-Polkovnik
İsmayıl Osmanlı-Müsavatçı (debüt)
T. Mərdanova
Fateh Fətullayev
Mirmahmud Kazımovski
Törəxanım Zeynalova
Məmmədrza Şeyxzamanov
Tarix: 15.02.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 335 Bölmə: Filimler