Məzmun
Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir.
...Gənc qız(Sevinc Hüseynli) anasının(Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi(Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır.
Film haqqında
Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
Quruluşçu rejissor : Mirbala Səlimli(Mirbala Səlimov kimi)
Ssenari müəllifi : Mirbala Səlimli, Vaqif Aslan
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Adil Azay
Səs operatoru : Əsəd Əsədov
Musiqi Tərtibatı : Rauf Əliyev(Rafiq Əliyev kimi)
Rejissor : Arzu Urşan
Operator : Tərlan Babayev
Montaj : Gülşən Səlimova
Qrim : Babək Rüstəmov
Filmin direktoru : Arif Səfərov
Bədii Rəhbər : Eldar Quliyev
Rollarda
Baş Rolda
Sevinc Hüseynli-Gəlin
Rollarda
Tural Ağayev-Kamran
Sidiqqə Heydərova(Siddiqə Heydərova kimi)-Nənə
Abbas Qəhrəmanov-Təzəbəy
Firəngiz Babayeva-Ana
Xanlar Həşimzadə-Pişton
Zahid Mustafayev-Qayınata
Qənirə Məmmədova-Qayınana
İlahə Rzayeva-Nəvə
Epizodlarda
Əbülfəz Salahov
Sima Şabanova(S. Şabanova kimi)
R. Xəlilməmmədov
V. Rəhimova
Filmi səsləndirən
Zərnigar Ağakişiyeva-Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur)
Sponsor
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Tarix: 16.02.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Filimler