Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeron lövhələri (film, 2004)

Məzmun

Film Abşeron yarımadası haqqındadır. Qədim tarixə malik olan bu torpaq öz abidələri, qayaüstü təsvirləri, iqlimi, adət və ənənələrinə görə Azərbaycanın digər ərazilərindən fərqlənir. Bu filmə "Abşerona ekskursiya" adını da vermək olar.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Camal Yusifzadə
Rejissor : Oqtay Əlizadə
Operator : Adil Abbasov
Səs rejissoru : Ceyhun Ağayev
Səs tərtibatçısı : Həmid Rəsulov
Rejissor assistenti : Mikayıl Nəsirov(vəzifəsi titrlərdə göstərilməyib)
Operator assistenti : Qafur Sədiyev(vəzifəsi titrlərdə göstərilməyib)
Montaj : Azər Abbasov
Direktor : Həsən Zeynalov
Sürücü : Tərlan Mehdiyev
Mətni oxuyan : Ənvər Vəliyev
Musiqilərindən istifadə edilən bəstəkar : Tofiq Quliyev("Xoşbəxtlik Qayğıları" filmindən və başqa musiqilər), Eldar Mansurov("Yük" filmindən), Fikrət Əmirov, Qara Qarayev("Yeddi Gözəl" baletindən) (titrlərdə yoxdur)

Filmdə iştirak edənlər

Şirinbacı xanım (Mərdəkan sakini)
Rasim Rəhimov (II)(axund)
Cəfər Qiyasi(Cəfər Qiyaslı kimi)(memar)
Ağaxan Abdullayev(xanəndə)

Arxiv kadrlarda iştirak edənlər

Tofiq Quliyev (şəkil)(titrlərdə yoxdur)
Qara Qarayev (şəkil)(titrlərdə yoxdur)

Sitat

"Abşeron" sözünün yaranması barədə bir neçə ehtimal var. Tədqiqatçıların bəzilərinin fikrincə "şirin su", "buzlu su" ifadələrindən yaranıb. Böyük bir qisminin fikrincə əfşar tayfalarının adından alınıb.


Tarix: 08.02.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: Filimler
loading...