Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAXARLAR

Bil ki, qəflətdə olanlar sənə qəflətlə baxarlar,
Qəlbi zillətdə olanlar kimə nifrətlə baxarlar?

Zənn edir öz nəfsini haqq yolda ki, qılmır namazı,
Eyvah müsəlman görəndə ona dəhşətlə baxarlar.

Çox az insan taparsan müsəlman tək bir görkəmdə,
Zina cildində bir kəsə ancaq heyrətlə baxarlar.

Dini bilməməzlikdəndir,həm də cahillikdəndir bu,
Özləri zillət içində, sənə zillətlə baxarlar.

Peyğəmbərin surətini birdən görsə bu qafillər,
Görəsən Peyğəmbərə də böylə diqqətlə baxarlar?

Peyğəmbərləri öldürən həmən bu insan nəslidir,
Peyğəmbərə küfr edənlər sənə hörmətlə baxarlar?

Müslim dəyişməsə nəfsi, Allah onu heç dəyişməz,
Öz günahlarındandır ki, küfrə rəğbətlə baxarlar.

Nə badə təhqirlər görcək sarılma sən də təkfirə,
Çünki, ədalət yer tapar, bir gün ibrətlə baxarlar.

Sən təkfiri seçdiyindən başa düşməkdən qaçarlar,
Hikmətli olan hər şəxsə bil ki, iffətlə baxarlar.


-------------
ABDUSSALAM SAHİB


Tarix: 09.05.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Dini Şe`rlər
loading...