Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Münəccim

Va lə iləhə illəllahul-vahidul-qahhər,

Mömin o ki, etcək onu inkar görə münkər!

Ulduz falı aydın sənə, azmışlara bağlı,

Axmaq necə axmaq ki, veribdir buna ağlı.

Ulduzlara uyğun guya tərtibli bu cədvəl,

Kimlər ki, uyubdur buna, bax əhlinə əvvəl!

Ya dininə, İslamına, imanı zəifdir,

Ya ki, oxuyublar onu çox işdə hərifdir.

Yaxud diləyir qeyb ilə sürsün o həyatı,

Hətta ki, bu cür eybə düşə mənəviyyatı!

Olsaydı eyib, bilməyərəkdən bu olardı,

Lakin çoxu öz abrını başında çıxardı!

Falın özü əfsəh, ya da avarə üçündür,

Qəlbində günah xalları tüm qarə üçündür!

Falçı deyil heç gizli ki, cinlər ilə məşğul,

Amma bu münəccimdəki him-cim kimə məqbul?

Küfrün biri ardıca gəlir, çox sözü batil,

Ölmüşlərin ölmüşlüyün artırdı bu qatil!

Ulduz dedi:Kim şəkk edə bu piraqnozlara,

Ömrü batacaq palçığa, yaxud da tozlara!

Altıncı günü çıxma çölə, qarə günündür,

Falın özü əfsəh, ya da avarə üçündür!

Aqil, nə qədər ki, gecə-gündüz şou əhli,

At oynadırsa efirdə, ondan qoru əhli!

Qafil, sən isə İslamı yox, ekranı dərk et!

Vicdanını ekranla böyüt, ruhunu tərk et!

Ekranda ki, şeytanlara meydan açılıbdır,

Zənn eyləmə İslamına nurlar saçılıbdır!


Sahib AbdusSalam


Tarix: 09.05.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 334 Bölmə: Dini Şe`rlər
loading...