Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHI SEVƏNDƏN

Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
Şirk eşqini tərk etdim,
Küfr ömrünü dərk etdim,
Öz nəfsimə ərk etdim,
Taət mənə ləzzətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

Dünya dediyin dərya,
Çox-çox gətirər xülya,
Haqq aşiqinə dünya,
Xoş işlərə rəğbətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

Mömin quludur Rəbbin,
Bir sultanı var qəlbin,
Doldurma dünya eşqin,
Haqq eşqi hidayətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

Dəhr eşqi acı verdi,
Rəbbim əlacı verdi,
Quluna tacı verdi,
O haqqa itaətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

--------------

ABDUSSALAM SAHİB


Tarix: 09.05.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Dini Şe`rlər
loading...