Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini Şe`rlərƏLVİDA RAMAZAN

Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!

Yadlaşan dünyada qardaşlığı əta elədin,
Səni bəxş eylədi insanlığa ancaq belə din,
Bu din İslam, Ramazan, sən bizə rəhmət ələdin!
Qapına kim ki, gəlir xeyrini daim dilədin,
Sən kimi xeyri bilməyən düşər cüda Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida Ramazan,
Acımış ruhumuza eylədin qida Ramazan!

Günahkar üzlə oruc müddəti olduqca tamam,
Kobud əxlaqını tərk etməyən vermirsə aram,
Nə bilir etməyəcəkdir bu gedişlərlə haram?
Gözəl əxlaqa fəqət, sən kimi heyran olaram,
O ki, qurana bağlı çox verir səda, Ramazan!
Qafillər içrə gəlib keçdin, əlvida ramazan,
Acımış ruhumuza eylədin qida ramazan!

Ürəyin kirləri ilə səni biz qarşıladıq,
Rəhmətin sirləri ilə səni biz qarşıladıq,
Vay o gündən ki, orucdan nə isə Ardı »

Dini Şe`rlərRƏHMANA TƏRƏF GƏL

Şərdən uzaq ol, Xaliqi-Sübhana tərəf gəl!
Rəhm eylə ki, rəhm al, daha Rəhmana tərəf gəl!

Bəsdir günahın, küfr ilə ömr eyləməyin də,
Qıl namazı, tut orucu, imana tərəf gəl!

Dostluq ilə bir xeyri də heç görmədin ondan,
At şeytanı bir yana və qurana tərəf gəl!

Gəl məscidə, salehləri axtar ki, xeyirdir,
Salehlər ilə zəngin o ünvana tərəf gəl!

Cahillik həyatın mənasız oldu bu vaxtacan,
Fəxri-Aləmə, Rəsula, sultana tərəf gəl!

Nəyçün qınadın sən bizi, Allaha çağırdıq,
Şeytani adamlar deyər: Şeytana tərəf gəl!

Daha hərif olma, bilmirəm, hansı hərifsən,
Başı aşağı durma, qəzəlxana tərəf gəl!

Bitdi qələmin sözləri yazmaqdan, əzizim,
Gül ətrini al, yaz yenə, güldana tərəf gəl!

Cananın o canan ki, sənin Rəbbinə möhtac,
Sən də necə möhtac, daha Ardı »

Dini Şe`rlərQƏLBLƏR PAS ATIB, DAŞ OLMAYIB Kİ!?

Tərk eyləmə şövqi-mənəviyyat,
Qəlblər pas atıb, daş olmayıb ki!?
Baxdıqca səni ağladan həyat,
Qəm-qüssənə sirdaş olmayıb ki!?

Ruh aləmi binamı olubdur?
İnsanlara səfamı olubdur?
Kirli bədən şəfamı olubdur?
Möminlərə qardaş olmayıb ki?

Səcdə et qəlbi pası silinsin,
Daş oldusa əsası, bilinsin,
Pak bildiyi qiyası bilinsin,
Şeytanlara yoldaş olmayıb ki?

Oyna, gecə qəflət ilə oyna,
Oyna, belə niyyət ilə oyna,
Oyna, hələ şəhvət ilə oyna,
Təqvasız üzün yaş olmayıb ki!

Zənn eyləmisən dünyada təksən,
Hər şübhənin əksin görəcəksən,
Öz nəfsinə bir gün deyəcəksən:
Məndə bir ömür baş olmayıb ki!

-------------
SAHİB ƏBDÜSSƏLAM Ardı »

Dini Şe`rlərMƏKKƏNİN HƏSRƏTİ

Mən Kəbəni gördüm, mənə röya kimi gəldi!
Röya mənə fövqəladi dünya kimi gəldi!

Yurdumdakı göz yaşları bir damcı göründü,
Ol Kəbədə göz yaşları dərya kimi gəldi.

Xoş oldu ayaqlar ki, o torpaqda gəzindi,
Gəldim geri, gerçək idi, xülya kimi gəldi.

Gözlər də sevindi bu məkanlarda baxarkən,
Gündüzləri, axşamları təqva kimi gəldi.

O günlərəcən baxışların qiyməti yoxdu,
Canım bunu gördükdə təmənna kimi gəldi.

Əllər xeyir iş görmədə sanki, qurumuşdu,
Əllər elə bil, fitrəti bənna kimi gəldi.

Qəlb titrədi, tüklər bütün ürpərdi zəhmdən,
Bu nəfsimə ən faydalı icra kimi gəldi.

Səhranı gülüstan kimi sandım o məqamda,
Əvvəl gözümün gördüyü suğra kimi gəldi.

Ta qarşıda bir Kəbə göründü, necə gündü,
Ya Rəbb, qullar da onun başına pərva kimi gəldi.

Möminlərə Ardı »

Dini Şe`rlərOLMAZMI Kİ!?

Böhtanı məqbul kimsələr ar eyləsə olmazmı ki!?
Şeytana təhkim örünü dar eyləsə olmazmı ki!?

Allaha təslim olmağın İslamı olsaydı əgər,
İslamdakı təslimliyin var eyləsə olmazmı ki!?

Bir səcdəni ar bildiyindən səcdə etməz Allaha,
Eşqi-sücudu qəlbə təkrar eyləsə olmazmı ki!?

İslamə zidd hər xətti təsdiq eyləyən pak qəlblilər,
İslamə zidd bir xətti inkar eyləsə olmazmı ki!?

Beş-altı ev yapmış həci bir də baxa ətrafına,
İmkansıza əl tutsa, zəvvar eyləsə olmazmı ki!?

İfrat ilə təfrit üçün şövq eyləyər insan tamam,
Bir orta yollu fəhmi miqdar eyləsə olmazmı ki!?

Nəfsi üçün duasına səbr eyləməz gündüz-gecə,
Dua edən duadə israr eyləsə olmazmı ki!?

"Bunlar gözəldir" söyləyib, qatdın gözəl İslamıma,
"Hacət deyildir bunlar" iqrar eyləsə olmazmı ki!?

Hər bir əlavə iş olan Ardı »

Dini Şe`rlərAllaha yalvarış

Allahdır dünyanı bizə bəxş edən
Cənnəti sevgiylə bərqərar edən
Allaha sığınaq bizə yar olsun
İmansIz bir ömür bizə ar olsun

İstərəm qəlbimdə Allaha sevgi
'Ya Rəbbi imanla al canımızı'
Allahı danan kəs eşit sən məni,
Qoy olsun Allahın sənə lənəti.

'YA Allah' deyərək aşdım dilimi,
'Bismilləh' deyərək andım mən səni,
Tək səni Allah bilib sevdi qəlb səni,
Inanki, şox sevir səni bu fani.

'Ya Hayyu' əbədi və dirilik sənə məxsusdur
Bu dilim hər zaman 'LƏ ILƏHƏ ILLƏLLAHladIr,
ÇÜnki, həmd və tərif sənə aiddir,
Ezemet ve kerem sahibi seni anladir.

Keşkə bilə biləydim yerim hardadır,
Bu ruhum səninlədi, yoxsa dardadır???
Əl açdım mən sənə ey ULU RƏBBİM...!
Mömin tək sən bizim al canımızı!!!!............! Ardı »

Dini Şe`rlər25 Peyğəmbər Şeri (1-hissə)

İlk Nəbidir bizə əcdad sayılan “ilk insan!”

Tək ona oldu nəsib böylə şərəf, böylə şan!...

Həvva xəlq olunmuşdur onun qabırğasından,

Qadağan meyvə yemək təklif oldu şeytandan,

Yəni, ilk şeytandan, İblisi şərri-fənadan!

Sonra övladları artıb yayıldı dünyaya,

Nəsli tabe tutuldu sınaqlı bir məcraya,

Soyundan yaxşı və pis kim çıxacaq ifşaya?

Gələcək kim səlim qəlblə Rəfiqi-Əlaya?!

Düşəcək kim görəsən öz əlindən bəlaya?!

Nuh:

Nuh, qövmünü illərlə eylədi haqqa dəvət,

Az insan onu qəbul eylədi, verdi qiymət!

Bir böyük gəmi tikmək üçün edildi vüsət,

Haqdan xəbərdar edildi Nuh gəldiyi millət,

Tufan gələndə bir gəmi qaldı suda ibrət.

Bir də gəminin əhli tamam qaldı salamat!

Su Ardı »

Dini Şe`rlərALLAHI SEVƏNDƏN

Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!
Şirk eşqini tərk etdim,
Küfr ömrünü dərk etdim,
Öz nəfsimə ərk etdim,
Taət mənə ləzzətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

Dünya dediyin dərya,
Çox-çox gətirər xülya,
Haqq aşiqinə dünya,
Xoş işlərə rəğbətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

Mömin quludur Rəbbin,
Bir sultanı var qəlbin,
Doldurma dünya eşqin,
Haqq eşqi hidayətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

Dəhr eşqi acı verdi,
Rəbbim əlacı verdi,
Quluna tacı verdi,
O haqqa itaətdir, Allahı sevəndən!
Qəlbim necə rahətdir, Allahı sevəndən!
Eşqim bir ibadətdir, Allahı sevəndən!

--------------

ABDUSSALAM SAHİB Ardı »