Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YARANIŞ ETİBARİLƏ

Günaha meyl edir insan yaranış etibarilə,
Günahı az edər aqil davranış etibarilə.

Müasir çağda bir dindar ziyan vermirsə İslama,
İslama fayda verəndir anlayış etibarilə.

Düşünən bir beyinin fəhmi-təmənnası gözəldir,
Düşünməyən də azır tez, qavrayış etibarilə.

Quranı dildə sevənlər yolu məntiqlə gedirlər,
Özü də şirk içindələr yalvarış etibarilə.

Haqqa dəvət elədim mən səni gündüz-gecə zatən,
İdmançıya bənzədin sən bu qaçış etibarilə.

Yarışanlar qoy yarışsın xeyir işlərdə haqq üçün,
Ən uca mükafat da var bu yarış etibarilə.

Səni atəşlərə yemkən oradan kim çəkindirir,
Bir xilas yeri qoymursan tullanış etibarilə.

Möminin bir üzü vardır, ona dünya necə dardır?
O nümunələr çıxardır oyanış etibarilə!........

Hər ürək səlim olarsa, günaha sipər tutarmış,
Təəssüf, yox belə əhval aldanış etibarilə.

Çoxunu dünyada şeytan yatırır oyaq biçimdə,
Yuxunu qızıl zənn edir o balış etibarilə.

Dünyada tanışlarınla mənə zülm eyləmisən sən,
O dünyada qurtulmazsan bir tanış etibarilə!

Dünyada yoxdur İslam tək bəşəri sülhə səsləyən,
İnsanlar küsməyi seçmiş uzanış etibarilə!

Yoxdur İslam kimi nəcat, yoxdur İslam kimi mənsur,
Aləmə hüzur gətirməkdə, barış etibarilə!

İslamı anlamasaq biz, bizə özgə cür sunarlar,
Yandırarlar yanmayarkən bir baxış etibarilə!

Bu gedişlə, bu baxışla, bu fəhmlə nə düzəlsin?!
Nə düzəlsin bu cahanda bu axış etibarilə!

Asan eylə, çətin etmə, düzəldən ol, dağıtma gəl,
Kim düzəltmişsə, ucalmışdır alqış etibarilə!

Bəşərin yatdığı günlər sən oyaq vicdana bağlan,
Çün bəla gəlsə, gələr tək bu yatış etibarilə!


-------------
SAHİB ƏBDÜSSƏLAM


Tarix: 09.05.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Dini Şe`rlər
loading...