* Kişidə mərdlik – hakimiyyət, qadında mərdlik – itaət.Aristotel
* Məlumlar çoxlarına naməlumdur.
* Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.
* Dostu çox olanın dostu yoxdur.
* Bəziləri sanki əbədi yaşayacaqlarmış kimi elə hey yığır, digərləri isə elə indi öləcəklərmiş kimi dağıdır.
* Nəyə görə ata oğulu daha çox sevir, nəinki oğul atanı? Çünki oğul onun əsəridir. Hər kəs öz yaratdığına meylli olur.
* Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar.
* Heyvanlardan yalnız insan gülməyə qadirdir.
* Biz asudə vaxt qazanmaq üçün asudə vaxtımızdan məhrum oluruq.
* Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır.
* Həm düşmənlərin, həm də dostların xətrinə dəyirlər, çünki birinciləri incitmək asan, ikinciləri incitmək isə xoşdur.
* Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər.
* Aristotelə deyirlər ki, kimsə onu uzaqdan uzağa söyüb; o cavab verib: “Uzaqdan uzağa o qoy məni lap döysün”.
* Boş – boş söhbətləriylə Aristoteli boğaza yığan biri ondan soruşur: “Sizi yormadım?”. Aristotel cavab verir: “Yox, mən qulaq asmırdım”.
Tarix: 10.12.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 181 Bölmə: Dahilerin sözleri