* Ən insani davranış bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır.
* Böyük adamların xətaları günəş tutulmasına bənzəyir. Onları hamı görür.
* Boş zaman yoxdur, boşa keçən zaman var.
* Keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın.
* Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.
* Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.
* Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən.
* Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin.
* Dil sümükdən olmasa da çox sümükləri sındırır.
* Ağzından bal axan hər bir arının unutma ki, quyruğunda iynəsi vardır.
* Axmaq qabaqda durur ki, hamı onu görsün, ağıllı arxada durur ki, o hamını görsün.
* Ömür stansiyasız bir qatardır, nə vaxt dayanacağını heç kəs bilmir.
* Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma:
* Sənin arxanca gülsələr, üzülmə… Təki, arxanca, ağlamasınlar..
* Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
* Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.
* Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər.
* Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır.
* Bir qadının üzündəki ifadə, əyninə geyindiyi paltardan daha önəmlidir.
* Bir davada birinci sən vur və sərt olsun.
* Biri şəni qucaqladığında ilk olaraq onun qollarını boşaltmasını gözlə.
* Kiməsə heç vaxt səni sevirəm demək fürsətini hes vaxt qaçırma.
* Heç vaxt özünüzə yaxşı deməyin, inanmazlar, heç vaxt pis deməyin, şişirdərlər.
* Bu qün həll edə bilmədiyiniz bir problemin səbəbi, dünən onu doğru etmək üçün vaxt ayırmamağınızdadır.
* Böcək olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.
* Böyük xoşbəxtliklər, böyük əziyyətlərin başı üstündədir.
* Çarəsiz qaldığınızda bilin ki, yenə tək çarə özünüzsünüz!
* Cəsarət ölməklə yox, yaşamaqla ölçülür.
* Cəsur ol. Olmasan da elə görün. Heç kəs aradakı fərqi anlamaz.
* Nəhənglər kimi əsər vermək üçün qarışqalar kimi çalışmaq lazımdır.
* Dinləməyi öyrən. Bəzi fürsətlər qapını yavaşca tıqqıldadar.
* Dostu da sevərəm, düşməni də. Çünki dost gücüm, düşmən isə tapşırığımdır.
* Düşmənlərin ən böyüyü düşmənliyini gizlədəndir.
* Düşüncəniz nədirsə, həyatınız da odur, həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə, düşüncələrinizi dəyişdirin.
* Düşünmədən öyrənmək vaxt itirməkdir.
Tarix: 10.12.2014 / 12:42 Müəllif: Aziza Baxılıb: 224 Bölmə: Dahilerin sözleri