Olduqca yasli adam yasli bir agacin altinda oturub aglayirdi birden bir cavan yasli adama yaxınlaşıb içki pulu istəmiş, sonra bir yumruq ilişdirmişdi. Yaşlı adamın yerə yıxıldığını görənlər dərhal köməyə qaçıb:
 - Keçmiş olsun baba, dedilər. O avara nə istəyirdi ki səndən? – sordular.
 Qoca dərindən bir ah çəkib dedi:
 - Köhnə bir borcum vardı, onu istəyirdi.
 Ətrafındakılar qocanı yerdən qaldırdıqdan sonra dağılışıb getdilər. Hadisəni əvvəldən axıra görmüş bir cavan onun qoluna girərək:
 - Çox əldən düşdünüz, - dedi - Ağacın kölgəsində bir az oturaqmı? 
 Yaşlı adam yorğun baxışlarını yuxarıya yönəldib:
 -Mənim bu ağacın altında istirahət etməyə haqqım yox, balam – dedi - Ölənə qədər də olmayacaq!
 Cavan deyilənlərdən bir şey anlamadı. Qocanın təkrar hıçqırıqlarla boğulduğunu görüb bir daha səbəbini soruşdu.
 Yaşlı adam, iniltiyə bənzəyən bir səslə dedi:
 - Əlli il əvvəl rəhmətlik atamı mənə siqaret pulu vermədiyinə görə bu ağacın altında vurdum. Bir az əvvəl övladımın məni vurduğu yerdə...
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 163 Bölmə: Dahilerin sözleri