Seksual oyanma sayəsində öpüş şiddətlənib öz zirvəsinə çatdıqda, o «eşq dişləməsi»nə çevrilə bilər. Belə hesab olunur ki, orta hesabla qadınlar kişilərə nisbətən daha çox dişlərin «köməyinə» əl atırlar. Eşq və ehtiras haqqında Müqəddəs təlimatda (Kama Sutra) dişləmə barəsində deyilir: «dişlənməyə izin verilən yerlər elə öpülməyə izin verilən yerlərdir. Yalnız çox həssas sahələr-üst dodaq, ağız boşluğu, gözlər və sair yerlər istisna edilməlidir».
"İntim norma" dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman ölkələrində bir kişinin bır neçə qanuni arvadı (siğələri nəzərə almasaq, dörd arvadı) ola bilər və şəriətə görə kişi hər bir arvadına eyni dərəcədə qayğı və diqqət göstərməyə borcludur. Qadınların kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında isə bir qadının bir neçə əri olur. Qədim Misirdə firon ailəsində qardaşla bacının nikahını sülalə maraqları tələb edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür izdivac ən dəhşətli zina və cinayət sayılıb.
seks (cinsi əlaqə) -intim normaların əsasında dururVaxtı ilə bir sıra xalqlarda (məsələn, çinlilərdə) ev sahibi qonaqpərvərlik və hörmətin ən yüksək təzahürü kimi gecə öz arvadını qonağın tam sərəncamına verirdi. Halbuki heç bir avropalının (biz hələ islam xalqlarını demirik) ağlına da gəlməz ki, bu cür “hörmət və nəciblik” nümayiş etdirsin, belə bir hadisə baş versə də dərhal cəmiyyət tərəfindən lənətlənib damğalanar. Bir çox xalqlarda hər bir qızın öz bəkarətini qoruyub gələcək əri üçün saxlaması müqəddəs qanundur və bu qanunu pozan qızı böyük rüsvayçılıq və hətta ölüm gözləyir. Halbuki bəzi xalqlarda qız ər evi üçün cehizi öz bədənini satmaq sayəsində əldə edir və belə «bacarıq» və «zirəklik» hamı, o cümlədən gələcək ər tərəfindən təqdir olunur; bəzi tayfalarda isə ərə gedən qız zifaf gecəsini bu «iş» üçün nəzərdə tutulmuş şəxslə — tayfa başçısı, yaxud kahinlə keçirir və yalnız öz bəkarətini itirdikdən sonra ər evinə köçmək hüququnu qazanırdı. Ana qohumluğu xəttinə əsaslanan (madərşahlıq) ibtidai-icma quruluşu dövründə uşağın hansı kişidən olması hər kəsi maraqlandırmırdı; şəxsi mülkiyyətin meydana gəlməsi ilə hər şey kökündən dəyişdi — nəsil şəcərəsi daha ata qohumluğu xətti üzərində quruldu və hamını məhz atanın kim olması məsələsi narahat etməyə başladı.
Müasir dövrdə də yer kürəsində çoxsaylı nikah formaları mövcuddur. Bir sıra xalqlarda monoqam, fərdi nikah deyil, poliqam nikahın müxtəlif formaları yayılmışdır: polinigiya — bir kişinin iki və daha çox qadınla izdivacı, poliandriya — bir qadının iki və daha çox kişi ilə izdivacı və nəhayət qrup halında nikah müxtəlif cinsdən olan bir neçə adamın izdivacı.
Polinigiya (çoxarvadlılıq) bütün dünyada yayıldığı balda, poliandriyaya (çoxərlilik) əsasən Tibetdə, Hindistanda yaşayan bəzi tayfalarda, Sakit Okean xalqlarında rast gəlinir. Məsələn, lepça xalqında belə bir adət var: təsərrüfat işlərinin öhdəsindən gələ bilməyən kişi öz ailəsinə kiçik qardaşını dəvət edir ki, o, iş və arvad barəsində ona «ortaql;q» eləsin. Özü də bu cür nikahdan doğulan uşaqlar böyük qardaşın övladları sayılır.
Qrup halında nikahlara isə nadir nallarda təsadüf edilir. Bunun klassik nümunəsinə yalnız Markiz adalarında rast gəlmək olardı. Orada ailə əsas ərdən — yeri ailə başçısından, onun arvadlarından və bir, yaxud, bir neçə əlavə ərdən ibarətdir. İkinci ər əsas ərin bir növ köməkçisi sayılır və əsas ər bir yerə getdikdə ailəni idarə edir, «baş ərin» icazəsi ilə, o başqa yerə getdikdə isə onun icazəsi olmadan da onun arvadları ilə yatıb-durur. Digər nisbətən aşağı «rütbəli» ərlər yaxınlıqda yaşayır və təsərrüfat işlərində köməklik göstərirlər. Onlar da təsadüfdən-təsadüfə arvadlardan istifadə edirlər və əsas ər buna müsbət hal kimi baxır, belə ki, onun fikrincə, seksual cəhətdən təmin olunmuş kişi təsərrüfat işlərində daha yaxşı və səmərəli işləyə bilər.
Həyatda eyni cinsdən olan şəxslərin də birgə nigahı mövcuddur. Hazırda dünyada eyni cinsdən olanların nikahı birinci olaraq Danimarkada qanuniləşdirilmışdir. Onun ardınca Norveçdə və İsveçdə də bu cür nikaha icazə verilmişdır. Nə qədər acınacaqlı olsa da, normal insanlarda yalnız ikrah doğuran bu məsələ bir sıra ölkələrdə ciddi müzakirə obyektinə çevrilmişdir.
Lakin biz istəsək, istəməsək də, bütün bəşəriyyət seks barəsində öz sağlam düşüncəsini itirmək həddindədir. Bunu, yer kürəsində seksin «təntənəli və qarşısı alınmaz yürüşü» adlandıranlar da var. Başqa bir misal. Dilçilər hesablamışlar ki, ingilis dilində kişinin tənasül alətinin təxminən 1.000, qadının uşaqlıq yolunun 1.200, cinsi aktın 800 adı və sinonimi var! Fransız dilində bu göstəricilər müvafiq olaraq 600 və 1.500-dür. Elə təkcə bu fakt müasir dünyada intim münasibətlərin nə qədər böyük rol oynadığını, həyatın ən müxtəlif və dərin qatlarına nüfuz etdiyini göstərir.
Beləliklə hər bir dövr, hər bir cəmiyyət öz intim norma və qanunlarını təyin və təsdiq edir. Əgər bu qayda və qanunlar sağlam düşüncədən məhrumdursa və insanın intim ehtiyaclarının ödənməsinə imkan vermirsə, o zaman şüurda çoxsaylı qadağalar qoymaqla, enerjinin təbii cərəyanının qarşısına sədlər çəkmiş olur, bu da öz növbəsində ruhi təbəddülatları — özünəməxsus günah hissini, narahatlıq, narazılıq, məyusluq, həyatdan küskünlük və sair hissləri doğurur və son nəticədə hansısa xəstəliyin yaranmasına səbəb olur.
Tarix: 25.11.2012 / 03:12 Müəllif: [Ram] Baxılıb: 1940 Bölmə: Cinsi Münasibətlər