Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntim şəraitdə nəvaziş

İntim şəraitdə nəvaziş, mehribançılıq, öpüşmələr vaxtı ereksiyanın o dəqiqə baş verməməsi çox vaxt kişilərə narahat edir. Çoxları cinsiyyət üzvünün elə birinci öpüşmələrdə ereksiyanı daha aktiv əməliyyatın barometri hesab edirlər. Bu, gənclik dövründəki seksual aktivliyin hələ yaddan çıxmamasından irəli gəlir. Kişilərin fikrincə, intim şəraitdə və ya sevgi oyunlarında ereksiyanın kifayət şəkildə olmaması

onlarda təlaş və qorxu hissi yaradır. Ereksiysnın baş verməsinə və sürətinə bir çox amillər təsir edir. Burada həm cinsi əlaqələrin cinsi konstitusiya üçün həddindən artıq intensiv ritmi. yorğunluq, xəstəlik, həm də müxtəlif səbəblərdən yaranan təhlükə, qorxu hissləri, müqabil tərəfdəki uyğunsuzluq və s. mühüm rol oynayır. Qadının xoşa gəlməyən zahiri görünüşü, pintiliyi, ona qarşı dərin hisslərin olmaması da seksual qıcığa mane ola bilər. Bəzi kişilərdə əsl şəhvət hissi və bununla əlaqədar ereksiya yalnız qadının aktiv seksual münasibəti vaxtı yaranır. Başqalarına isə, əksinə olaraq, qadının aktivliyi mənfi təsir göstərir. Belə vəziyyət kişinin bütün diqqətini özünün cinsiyyət sisteminə cəmləməsinə gətirib çıxarır ki, bu da bir qayda olaraq ereksiyanın daha da zəifləməsinə səbəb olur. Ereksiya cinsiyyət üzvünün gərginləşməsi, kişinin psixikasını erotik təsir nəticəsində baş verən reflektor, qeyri-iradi bir vəziyyətdir. Yalnız intim şəraitdə, qadının münasibətindən asılı olaraq, ereksiya lazımi dərəcədə baş verir, “Özünə inamsızlıq, çatışmazlıq hissi və şübhə öz təsirini o dəqiqə, ilk növbədə ereksiya vəziyyətində göstərir. Nikahın gələcəyi, ailəni, uşaqlan itirmək qorxusu da belə vəziyyətin əmələ gəlməsinə səbəb ola bilər. Demək olar ki, cinsi əlaqə kişiyə nə qədər “çox lazım” olursa, uqursuzluq qorxusu da bir o qədər kəskin olur və onun diqqəti də cinsiyyət üzvünün ereksiyasına bir o qədər çox cəmləşmiş olur.


Bəzən cinsi əlaqəyə başlamaq anında normal vəziyyətdə olan ereksiya birdən-birə zəifləyir. Belə vəziyyət cinsi əlaqədə uğursuzluğun dərk olunmayan, insan şüurunda həkk olunmuş qorxusunun nəticəsində yaranır. Belə qorxu Cinsi əlaqə aktının başlanmasının lazım gəldiyi vaxt öz-özünə meydana çıxır. həkimlər bu vəziyyətdə ər-arvada cinsi əlaqə aktını bir neçə müddət qadağan edirlər. Amma bu heç də ər-arvadın ayrı-ayrı otaqlarda yatması demək deyildir. Bu müddətdə onlar birgə həyatda öz ilk addımlarını, hətta nikahdan əvvəlki münasibətlərini bərpa etməlidirlər.

Bütün bu vəziyyətlərdə kişinin müalicəsində həkimin köməyindən əlavə qadın da öz rolunu bilməlidir. Bu demək, adətən, kişinin fikrini onun zehnində dolaşan təlaş və qorxudan yayındırmaqdadır. Müalicənin yalnız o zaman xeyri olar ki, qadın ərinin halına acıyıb ona ürəkdən kömək etsin. Qadın öz münasibətilə ərinə isbat etməlidir ki, onların intim həyatlarında vacib məsələ yalnız onun cinsiyyət üzvünü vəziyyəti deyil. Kişinin daxili hisslərini göstərən diqqəti, qayğıkeşliyi, nəvazişi və xoş sözləri qadın üçün cinsi əlaqə aktından daha lazımlı və yaddaqalandır. Beləliklə, ər-arvad “nəvaziş dilini” daha yaxşı anlamağı öyrənər, yaddan çıxmış və adi cinsi əlaqədən az sevinc və razılıq hissləri gətirməyən ünsiyyət formaları axtarıb taparlar, Sevən ər-arvad kənardan məsləhət olmadan da bir-birinə müsbət emosiyalar verə bilmək yolların aşa bilərlər. Bu şəraitdə cinsiyyət üzvünün ereksiyası o qədər lazım da deyil. Beləliklə, ilk öpüşlə tez baş verən ereksiya arasındakı əlaqə ilə “mütləq” cinsi əlaqə aktı arasındakı rabitə pozulur. Bu isə kişini ereksiyaya, onun keyfiyyətinə görə cavabdehlikdən qoruyur. Onun bütün diqqəti qadının bədənində onun hissiyyatını artırıb stimulyasiya — qıcıq yaradan zonaların axtarışına yönəlmir. Kişinin zehni sevgi oyunu ilə nə qədər çox məşğul olarsa, ereksiya da bir o qədər tez baş verər. Ereksiyanın vacib olması fikri, qadını itirmək qorxusu kişinin zehnini o qədər məşğul edir ki, qadının qıcıqlandırıcı şəhvət yaratmaq səyləri onun fikrini zəifləyən ereksiyadan yayındıra bilmir. hətta arvadının nəvazişləri ona intim əlaqə üçün qarşıya qoyulan tələb kimi görünür. Belə vəziyyətdə ər-arvad münasibətlərinin daha da kəskinləşib konfliktə çevrilməsini gözləmədən mütəxəssis-seksoloqa müraciət etmək lazımdır.

Qadının seksual duyğu və istəyində ereksiyanın əhəmiyyətinin kişinin özü tərəfindən şişirdilməsi bir sıra tipik səhvlərə səbəb olur. Bəzi kişilər öz kişilik sifətlərini, əsasən, cinsi həyat keçirməkdə görür və bunu ailənin rifahında əsas məsələ hesab edirlər. Eqoizm, başqalarının hissləri ilə hesablaşmamaq, öz hisslərini və istəklərini ön plana çəkmək gec-tez aralarında soyuq münasibətin əmələ gəlməsinə və nəticədə ailədə ümumi və seksual uyğunluq əvəzinə kənarda seksual əlaqələrin yayılmasına səbəb olur.

Ailə qurulandan sonra zaman getdikcə cinsi əlaqənin ritmi azalır. Buna yaşdan əlavə başqa. amillər də təsir göstərir: uzun müddət davam edən ünsiyyət hissləri kütləşdirir, nüfuz məsələsi əvvəlki əhəmiyyətini itirir, cinsi əlaqədə miqdara yox, keyfiyyətə fikir verilir. Bu dövrdə cinsi əlaqələr daha ritmik, qaydaya salınmış və turizm xarakterli olur.

Cinsi həyatın ritm problemi fiziki imkanların psixoloji anlayışa nisbətən daha sürətlə azalması dövründə kəskinləşir. Cinsi konstitusiyası öz həmyaşıllarına nisbətən zəif olan hətta çox gənc yaşlılar özü narazılıqlarını xüsusilə bildirirlər. Belələri və onların arvadları kişinin cinsi həyatının normallaşması üçün həkimlərdən təcili və təsirli müalicə tələb edirlər. Bəzən ailənin xoşbəxtliyinin, cinsi əlaqənin sayında görülməsi fikri yaranır. Axı bir-birini sevən şəxsin intim ünsiyyəti öz imkanlarına görə yalnız cinsi əlaqə aktından daha geniş və daha zəngindir. Yadda saxlamaq lazımdır ki, cinsi əlaqə imkanları bütün kişilərdə standart şəklində olmur. Çox aktiv cinsi əlaqə imkanları olan şəxslərin belə imkanları olmayanlara verdikləri məsləhətlər çox vaxt pis nəticələr verir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Cinsel Bilgiler
loading...