Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İllərə görə Ulduz falı

Meymun ili (1944, 1956, 1968, 1980, 1992, 2004, 2016)
+
Bunlar ən etibarsız və ziddiyyətli adamlardır. Ağıllı, çevik, zirək və orijinaldırlar, ən mürəkkəb problemləri asanlıqla həll edirlər. Elə fəaliyyət meydanı yoxdur ki, orada əl-qol aça bilməsinlər. Lakin onları işlərindən ayırmaq və fikirlərindən daşındırmaq asandır. Onlar hər işi elə bu dəqiqə görmək istəyirlər. Ən yüngül maneə qanlarını qaraldıb planlarını poza bilər. Bir çoxları öz qətiyyətsizlikləri ilə fərqlənir. Onlar temperamentli və öz bildiklərini edən, tez qızışan lakin yola gələn adamlardır. Qərar qəbul etməyi bacarırlar, sağlam düşüncəyə mailkdirlər. Maneçilik olmadıqda bir çoxları şöhrət qazana bilərlər.

1.Meymun ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Əjdaha, Siçan ilində anadan olanlar.
2.Meymun ilində anadan olan insanlara az-çox münasib insanlar: Dovşan, Qoyun, İt, Meymun ilində anadan olanlar.
3.Meymun ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İlan, Qaban, Pələng ilində anadan olanlar

Xoruz ili (1945, 1957, 1969, 1981, 1993, 2005, 2017)

Dərin düşüncəli mütəffəkir və istedadlı şəxsiyyətlərdir. Əməksevəndirlər, öz işlərinə sadiqdirlər, hətta qüvvələrindən xaric olan hər hansı bir vəzifəni də yerinə yetirməyə çalışırlar və baş tutmadıqda çox kədərlənirlər. Bəzən qəribəlikləri də olur, birdən-birə təmas yarada bilmirlər. Özlərini həmişə haqlı hesab edirlər və bəzən doğurdan da haqlı olurlar. Çox zaman tənha və qapalıdırlar. Qətiyyətli adam təsiri bağışlaya bilsələr də, təbiətcə cəsarətsizdirlər. Qurduqları planlar çox vaxt həyata keçmir, hisslərində kəskin eniş-yoxuşlar olur. Həyatda zaman-zaman gah uğurlar qazanır, gah da uğursuzluqlara məruz qalırlar. Xudpəsənd ola bilərlər, lakin həddən artıq açıq ürəklidirlər. Çılğın və cəsur hərəkətlərə qabildirlər. Həmişə maraqlıdırlar.

1.Xoruz ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Öküz, İlan, Əjdaha ilində anadan olanlar.
2.Xoruz ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Xoruz, İt, Dovşan ilində anadan olanlar.
3.Xoruz ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Pələng, At, Meymun, Qoyun, Qaban ilində anadan olanlar.

İt ili (1946, 1958, 1970, 1982, 1994, 2006, 2018)

Bu adamlar ən yaxşı insani keyfiyyətlərə malikdirlər – sədaqətli, səmimi, vicdanlıdırlar, sirr saxlaya bildiklərinə görə etimad qazanırlar. Lakin bir qədər xudpəsənddirlər, qəribədirlər və ağlasğımaz dərəcədə tərsdirlər. Var-dövlətə çatmağa can atmırlar, lakin həmişə əllərində pul olur. Emosional cəhətdən soyuq və quru ola bilərlər. Çox şeyə tənqidi yanaşırlar, dilləri acıdır. Nə uğrunda mübarizə apardıqlarını bilir və həmişə ədalətin tərəfində dururlar. İşi axıra çatdırır və adətən qalib gəlirlər. Onların sırasından gözəl rəhbərlər yetişir.

1.İt ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: At, Pələng, Dovşan ilində anadan olanlar.
2.İt ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, İlan, Meymun, İt, Qaban ilində anadan olanlar.
3.İt ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Əjdaha, Qoyun ilində anadan olanlar.

Qaban ili (1947, 1959, 1971, 1983, 1995, 2007, 2019)

Bu insanlar öz cəsurluğu və özlərini qurban vermək qabiliyyəti ilə seçilirlər. Hansı işdən yapışırlarsa, o işi var gücü ilə görürlər. Yalnız düz yolu qəbul edir, geri çəkilmək nədir bilmirlər. Olduqca saf, təmiz və mərddirlər. Çətin ünsiyyət tapırlar, lakin barmaqla sayılacaq dostlarına ömürlərinin axırınacan sadiqdirlər, dostlarını fəlakətdə qoymurlar. Az danışırlar, lakin hər şeyə böyük maraq göstərirlər. Çox oxuyurlar, yaxşı məlumata malikdirlər. Bəzən tez qızışırlar, savaşmağı və söz güləşdirməyi isə xoşlamırlar. Sevdikləri və tanıdıqları adamlara mehriban və diqqətlidirlər, hərçənd ailə işləri həmişə rəvan getmir. Bütün münaqişələri ləğv etməyə və uzun inciliklərə yol verməməyə çalışırlar. Qarşılarına necə mürəkkəb problemlər çıxırsa çıxsın, bir anlıq həvəsin təsiri altında hərəkət etsələr də, heç bir zaman soyuyub əl-qollarını yanlarına salmırlar.

1.Qaban ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Dovşan, Qoyun ilində anadan olanlar.
2.Qaban ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Pələng, Öküz, Əjdaha, Xoruz, İt ilində anadan olanlar.
3.Qaban ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İlan ilində anadan olanlar.

Siçan ili (1948, 1960, 1972, 1984, 1996, 2008, 2020)

Bu işarə altında dünyaya gələn insanlar məlahətli və cazibədardırlar, məqsədə çatmağa can atırlar, əməksevərdirlər, var-dövlət qazanmağa çalışırlar. Qənaətcildirlər, pulu qənaətlə xərcləməyi xoşlayırlar. Yalnız məhəbbətin gücündən qənaətcilliyi unuda bilirlər. Sevdikləri adama səxavətlidirlər. Onlarda xırdaçılıq səviyyəsinə çatan səliqə var. Çox şeydə məntiqsizdirlər. Şöhrətpərəstdirlər. Adətən müvəffəqiyyət qazanır və istədiklərinə nail olurlar. Zahiri soyuqqanlılığı qoruyub saxlamağı bacarmırlar, tez hiddətlənirlər. Adətən təmiz və açıqürəklidirlər, lakin bir çoxu hərdən qeybət qırmağı da xoşlayır.

1.Siçan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Əjdaha, Meymun, Öküz ilində anadan olanlar.
2.Siçan ilində anadan olan insanlara az-çox münasib insanlar: İlan, Pələng, İt, Qaban, Siçan ilində anadan olanlar.
3.Siçan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: At ilində anadan olanlar.

Öküz ili (1949, 1961, 1973, 1985, 1997, 2009, 2021)

Bu adamlar səbirli, azdanışandırlar, onlara etibar eləmək olar. Bəzən qəribəlikləri də ola bilər, özlərindən tez çıxdıqları hallar da baş verir. Bu məqamlarda ehtiyyatlı olmaq lazımdır. Öküzün qəzəbi hüdud bilmir. Adətən az danışan olsalar da, sevgililəri ilə danışdıqda bəlagətli olurlar. Gözəl əqli və fiziki kəyfiyyətlərə malikdirlər. Həlim adamlar kimi tanınırlar, lakin tez-tez tərslikləri tutur. Ziddiyyətləri xoşlamırlar. Bəziləri məhhəbətə idman kimi baxırlar ki, bu da yaxınlıq etdikləri adamlarla anlaşılmazlıqlara gətirib çıxarır.

1.Öküz ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: İlan, Xoruz, Siçan ilində anadan olanlar.
2.Öküz ilində anadan olan insanlara az-çox münasib insanlar: Əjdaha, Dovşan, Meymun, Qaban, Ökuz ilində anadan olanlar.
3.Öküz ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Qoyun ilində anadan olanlar.

Pələng ili (1950, 1962, 1974, 1986, 1998, 2010, 2022)

Bu işarə altında dünyaya gələn insanlar həssasdırlar, düşüncələrə dalmağa, mühakimələr yeritməyə meyl edirlər, lakin əsəbi olurlar. Adətən hörmət qazanırlar, lakin tez-tez yaşlılarla və rəislərlə münaqişəyə girirlər. Çox vaxt tələm-tələsik qərarlar qəbul edir və ya düzgün qərarlara çox gec gəlirlər. Bütövlükdə mərd və güclü adamlardır və bir qayda olaraq layiqincə qiymətləndirilirlər.

1.Pələng ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: At, Əjdaha, İt ilində anadan olanlar.
2.Pələng ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Öküz, Dovşan, Pələng, Qoyun, Xoruz, Qaban ilində anadan olanlar.
3.Pələng ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İlan, Meymun ilində anadan olanlar.

Dovşan ili (1951, 1963, 1975, 1987, 1999, 2011, 2023)

Parlaq fərdi keyfiyyətlərə malikdir, istedadlı və şöhrətpərəstdir. Xeyirxah və təmkinlidir, incə zövqü ilə fərqlənir. Hamını heyran qoyur və hamının etimadını qazanır. Maddi vəziyyəti yaxşı olur. Bu adamlar bəzən qeybət qırmağı xoşlayırlar, lakin nəzakətlidirlər, hirsli deyillər. Sevdikləri adamlarla incə rəftar edirlər, lakin yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar. Demək olar ki, heç vaxt qızışıb özlərindən çıxmırlar, gözəl işgüzar keyfiyyətlərə malikdirlər. Vicdanlı və sözü bütövdürlər, lakin bəzən xırdaçı və vasvası olur, bəzən qəmginləşirlər. Əla oyunçu ola bilərlər, lakin mühafizəkar və ehtiyatlı olduqlarına görə nadir hallarda oynayırlar.

1.Dovşan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Qoyun, Qaban, İt, Meymun, At ilində anadan olanlar.
2.Dovşan ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Dovşan, Əjdaha, Pələng, İlan, Öküz ilində anadan olanlar.
3.Dovşan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Xoruz ilində anadan olanlar.

Əjdaha ili (1952, 1964, 1976, 1988, 2000, 2012, 2024)

Bu işarə altında dünyaya gələn insanlar gözəl sağlamlığa malikdirlər, çevik və diribaşdırlar, asanlıqla həyəcana gəlirlər, bəzən tərs və tünd olurlar. Təmiz, emosional və qabiliyyətlidirlər, onlara bel bağlamaq olar. Müstəqildirlər. Açıq danışırlar və rəyləri həmişə əsaslandırılmış olur. Qabiliyyətlidirlər, borc almağı və nitq söyləməyi xoşlamırlar. Ürəyi yumşaqlığa meyl edirlər. Tez-tez başqalarının onlara üstün gəlmələrinə imkan verirlər, yalnız qısa bir müddət üçün. Səhvlərini tez düzəldirlər. İlk gənclik çağında evlənir və ərə gedirlər, yaxud ümumiyyətlə evlənmir və ya ərə getmirlər. Ətrafdakıların məhəbbətini qazanırlar.

1.Əjdaha ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşi kimi uyğun olan insanlar: Siçan, İlan, Meymun, Xoruz ilində anadan olanlar.
2.Əjdaha ilində anadan olan insanlara az-çox münasib insanlar: Pələng, At, Qoyun, Qaban ilində anadan olanlar.
3.Əjdaha ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: İt ilində anadan olanlar.

İlan ili (1941, 1953, 1966, 1978, 1989, 2002, 2014)

Mürəkkəb adamlardır, anadangəlmə müdrikdirlər, qaradinməzdirlər. İşləri həmişə rəvan gedir, lakin çox vaxt xəsislik edirlər. Bəzən xudpəsənd və şöhrətpərəstdirlər. Lakin bəxti o qədər də gətirməyən həmkarlarına fəal kömək edə bilərlər. Çox zaman başqalarının fikirlərinə inanmamaqda, ancaq özlərinə güvənməkdə həddi aşırlar. Qətiyyətlidirlər. məqsədə çatmağa var qüvvə ilə can atırlar, uğursuzluqlardan çox məyus olurlar. Zahirən sakit olsalar da, əslində ehtiraslıdırlar. Adətən özlərinin daxili və xarici cazibəsi ilə fərqlənirlər.

1.İlan ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Öküz, Xoruz ilində anadan olanlar.
2.İlan ilində anadan olan insanlara az-çox münasib insanlar: Siçan, Dovşan, Əjdaha, At, İlan, Qoyun ilində anadan olanlar.
3.İlan ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Pələng, Qaban ilində anadan olanlar.

At ili (1942, 1953, 1966, 1978, 1990, 2002, 2014)

Çox məşhur adamlardır. Şən xasiyyətləri var. Pul xərcləməyi bacarırlar. Ağıllı və rəhmlidirlər, lakin bəzən həddən çox danışırlar. İstedadlıdırlar, işləri rəvan gedir, yaxşı geyinməklə və ya sərbəst davranmaqla diqqəti cəlb edirlər. Qüdrətli, öz qədrini biləndilər. Kişilər qadınlara laqeyd deyillər. Hissiyyatlarına toxunulduqda hər şeyi unutmağa qabildirlər. Özlərinə aid nə varsa hamısında, xidməti vəzifələrdən başqa, qüvvələrini və ehtiraslarını əsirgəmirlər. Əyləncələri və böyük məclisləri xoşlayırlar, hadisələrin mərkəzində olmağı sevirlər. Çox müstəqildirlər, məsləhətlərə nadir hallarda qulaq asır və öz bildikləri kimi hərəkət edirlər.

1.At ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Pələng, İt, Qoyun ilində anadan olanlar.
2.At ilində anadan olan insanlara az-çox münasib insanlar: Əjdaha, İlan, Meymun, Xoruz, Qaban ilində anadan olanlar.
3.At ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Siçan ilində anadan olanlar.

Qoyun ili (1943, 1955, 1967, 1980, 1992, 2004, 2016)

Bu işarə altında dünyaya gələn adamlar incəsənət sahəsində istedada malikdirlər. İlk baxışda belə görünür ki, onların bütün işləri başqalarınınkına nisbətən uğurlu olur. Lakin onlar tez-tez həyat qarşısında aciz qalırlar, çünki utancaqdırlar, bədbinliyə meyl edirlər, qətiyyətsizdirlər, müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər. Adətən dindardırlar. Onların sırasından nadir hallarda rəhbərlər yetişir. Bəlagətli deyillər, lakin öz əqidələrini müdafiə edir və işlərini sevirlər. Adətən kifayət qədər pulları olur, pulla bağlı rahatlığı yüksək qiymətləndirirlər. Düşüncəli, yumşaq və xeyirxahdırlar. İncə zövqə malikdirlər.

1.Qoyun ilində anadan olan insanlara dost və ya ömür-gün yoldaşı kimi uyğun olan insanlar: Dovşan, Qaban, At ilində anadan olanlar.
2.Qoyun ilində anadan olan insanlara az-çox münasib insanlar: Pələng, Əjdaha, İlan, Qoyun ilində anadan olanlar.
3.Qoyun ilində anadan olan insanlara qətiyyən yaramayan, hətta onlara bədbəxtlik gətirən insanlar: Öküz, İt ilində anadan olanlar.


Tarix: 12.12.2014 / 16:42 Müəllif: ADMIN Baxılıb: 922 Bölmə: Burcler haqqinda çox şey
loading...