Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salamat qal Sevgi

Heç düşündünüzmü bir qəlbə neçə sevda sığar??
Hətta eyni anda neçəsini aldınız ürəyinizə?
2 ??? 3 ??? yoxsa dahamı artıq?
"Canim Səni sevirəm"- bu sözləri adi bir söz kimi atdınızmı ortalığa?
Ancaq məna olaraq çox ağırdır Canim kəlməsi...
Canım - dediyin, sənin gərçək canındır. Necə Canının ağrımasını istəmirsənsə, elə ona da eynən eləcə baxıb bəsləməlisən...
Ölməkdən qorxar kimi, Canını da itirməkdən qorxarsan. Amma daha çox olmalıdır bu qorxun.
Çünki, ölmək bir dəfədir, amma itirdiyin canının arxasından hər gün daha da başdan ölürsən.
Hər gün öldürüb-öldürüb diriltmək nədir bilirsinizmi?
Məndən soruşmayın, çünki, mən də bilmirəm. Öldürüb-öldürüb diriltməyi ondan soruşun...
Amma istəsəz məndəm ölüb-ölüb dirilməyi soruşun. Onu daha da aydın anlada bilərəm sizə.
Bəs "Səni Sevirəm"lər. Bəs bu yalan kəlmələr...
Sevmək nədir sizcə?
Bəyənmək, yoxsa Xoşlanmaq???
Sevmək dediyimiz hiss-eyni vaxtda eyni nəfəsi alıb verməkdir mənim üçün...Hər an darıxmaq deməkdir mənim üçün...
Sevgi isə tutulmaqdır, onsuz ola bilməməkdir...
Bütün bunları ürəyinizə sığdırdığınız 2, ya da 3 sevgi ilə eyni zamanda paylaşa bilməzsiniz.
Hər zaman bir şeylər əkhmmm qalir...
Mən isə bir sevgini belə sığdıra bilmədim ürəyimə təəssüflər olsun ki...
Elə böyütdüm ki, o sevgini...Ürəyimə sığmaz oldu...Və canım getdikcə ağırlaşdı...
O qədər ağırlaşdı ki, ürəyimi də daşıya bilmədim, canım yanmağa başladı...Sığmadın sevdiyim qəlbimə...
Qəlbimdə çatlar əmələ gəldi...Bir qan yoxluğu aldı getdi bədənimi...
Sən isə qarşıdan can verməyimi izlədin...
Nə idi sənin üçün sevgi?
Əyləncə? Vaxt keçirtmə? Hansı?
Sevgi dediyin sadəcə kimyəvi həyəcanmı?
Əgər belədirsə, O zaman mən əl çəkdim Sevgidən...Məni kimsə sevməsin...
Və Salamat qal Sevgi
Yolun açıq olsun...
Əlvida Sevdam...Əlvida Sevdiyim...
Əlvida...


Tarix: 03.12.2014 / 18:47 Müəllif: Aziza Baxılıb: 174 Bölmə: Burcler haqqinda çox şey
loading...