Məmmədova Şövkət Həsən qızı (18 aprel, 1897, Tbilisi – 8 iyun 1981, Bakı) – İlk professional Azərbaycan qadın müğənnisi ( lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi.[1]Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Mənbə
4 Həmçinin bax
5 İstinadlar
Həyatı
Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşi olan istəyi hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.
1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur.O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir.
Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər.
1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına ( indiki Kiyev Musiqi Akademiyası ) daxil oldu.
1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.
Yaradıcılığı
1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927–1930-da tamamilə bitirdi.
Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.
1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.
Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.
Tarix: 29.01.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Bəstəkarlar Və Müğənnilər