İsmayıl Mahir (1925-1995) - Aşıq, sazbənd
Həyatı
Nağıyev İsmayıl Bahan oğlu 1925-ci ildə Göyçə mahalının İnəkdağı kəndində anadan olub. O el arasında sinədəftər aşıq, el şairi və mahir sazbənd kimi şöhrət tapmışdır.
Uşaq ikən ata və anasını itirən balaca İsmayıl Gəncədə yaşayan bacısı Zibərin himayəsində böyümüşdür.
17 yaşında ikən yenidən Göyçə mahalına qayıtmış, Dədə Ələsgər ocağında Aşıq Talıbdan və Aşıq Nəcəfdən 5 il dərs almışdır. Ustadları onu yüksək qiymətləndirmişlər və o "Mahir" təxəllüsünü qazanmışdır.
Tərlan Göyçəli "Göyçə aşıq məktəbi" kitabında İsmayıl Mahir haqqında yazır: - "Ələsgər ocağından kamil dərs alan, sazın sirlərinə mükəmməl yiyələnən sənətkar bənzərsiz çalğısı, əfsunlu oxuması ilə aşıq ifaçılıq sənətində öz dəsti-xəttini yaradıb, bir müddətdən sonra taleyini birdəfəlik Gəncə şəhərinə bağlamışdır."
İsmayıl Mahir həmçinin "İsmayıl və Qəmzə" dastanının yaradıcısıdır.
Gəncə şəhərində və ətraf bölgələrdə sazbənd kimi də mahir sənətkar olan İsmayıl Nağıyev 1995-ci ildə Gəncə şəhərində vəfat etmişdir.
Tarix: 29.01.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Bəstəkarlar Və Müğənnilər