Tofiq Bakıxanov – Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1991), professor (1983).[1]Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Mənbə
4 Həmçinin bax
Həyatı
1930-cu ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957-ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib.
Əsərləri
Səhnə əsərləri:
Musiqili komediyalar – "Altılardan biri", "Məmmədəli kurorta gedir" (həmmüəllif N. Məmmədov), "Qız görüşə tələsir" (həmmüəllif N. Məmmədov).
Baletlər:
"Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər". BSO üçün 5 simfoniya. Skripka və fortepiano üçün 5 konsert. Tar və simfonik orkestr üçün 4 konsert. Violonçel və simfonik orkestr üçün 2 konsert. Klarnet və simfonik orkestr üçün Konsert. BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları; çoxlu sayda kamera-instrumental əsərlər; kamera-vokal əsərlər, mahnılar və romanslar.
Tarix: 28.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Bəstəkarlar Və Müğənnilər