Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fil Kollins

Fil Kollins (ing. Phil Collins, tam adı ing. Philip David Charles Collins; d:30 yanvar 1951, London) — müğənni - bəstəkar, zərbəçi, pianist və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda zərbəçisi və vokalisti kimi də çıxış etmişdir.

1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur.[1]

Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.

İstinad
↑ Atlantic Records press release. "Phil Collins Celebrates TESTIFY with Weekend Today Performance and NYC In-Store" 11/15/02.


Tarix: 25.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...