Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qapalı qitə siyasəti

Qapalı qitə siyasəti, Kontinental təcrid — 1806 − 1814 cü illərdə fransız imperatoru Napoleonun öz rəqiblərinə qarşı (1801-1814 cü illər ingilis-fransız müharibəsi) apardığı iqtisadi və siyasi təcrid siyasəti. Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Tilsit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi sayılır. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub olur. İyul ayında isə Tilsitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və qapalı qitə siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa məcbur oldu. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur. Kontinent demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur ki, bu da Böyük Britaniyanın təcrid olunması demək idi. Napoleon Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət baykotu – "qapalı qitə siyasəti" yürüdür. Napoleon hakimiyyətinin ən yüksək nöqtəsini Tilsit sülhü adlandırmaq olar. O, hakimiyyətinin gücünü despot meyilləri ilə daha da artırmağa çalışırdı. Hökumət adamları tərəfindən tənqidə dözümsüz olması, ekspansion siyasətinə xarici işlər naziri Talleyrandın qarşı çıxmasına görə vəzifəsindən azad edilməsi, senzuranın artırılması, şəxsiyyətə pərəstişliyin artması buna aydın misallardandır. Köhnə aristokratlara xidmət edən dövlət inqilabi prinsiplərdən, bərabərçilikdən uzaqlaşmışdır.

Xarici siyasət Böyük Britaniyanı iqtisadi cəhətdən diz çökdürmək üçün "qapalı qitə siyasəti"nə söykənirdi. Ispaniyadan keçməklə Portuqaliyanı işğal etdikdən sonra Kral IV Karl və oğlu VII Ferdinand arasındakı tax-tac mübahisəsindən istifadə edərək qardaşı Yozefi İspaniya kralı təyin edir. Buna qarşı Artur Uillesleyin tabeçiliyində olan Britaniya expedisiya korpusunun dəstəyilə İspaniyada ümumxalq hərəkatı baş qaldırır. Yozef madridi tərk etməli olur. Marşal Jünonun təslimindən sonra Napoleon 1808-ci ilin oktyabr ayında Erhurt hersoq konfransından sonra İspaniyaya hücum edir.

1809-cu ildə Fransaya döndükdən bir qədər sonra Avstriya ordusu Avstriya-Teşen hersoqu Karlın başçılığı ilə Bavariya üzərinə hücuma keçir. 21 may 1809-cu ildə Napoleon qüvvələri Vyananın cənub-şərqinə toplayır. Aspern-Esslinq döyüşündə avstriyalılar fransızların qarşısını kəsirlər. Bu döyüş Napoleonun ilk məğlubiyyəti kimi tarixə düşür. Vaqram döyüşündə isä fransızlar məğlubiyyətin əvəzini çıxmış olurlar. Şönbrunn sülhünə görə Avstriya Dalmasiya, Mərkəzi Xorvatiya və Küstenlandı itirmiş, ordusunun sayını 150000-nə endirməya və "qapalı qitə siyasətiq"nə qoşulmağa məcbur edilmiş və Fransanın müttəfiqinə çevrilmiş olur.


Tarix: 09.03.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 249 Bölmə: Böyük Britaniya tarixi
loading...