Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tomas Edvard Lourens

Tomas Edvard Lourens(ing. Thomas Edward Lawrence, Lawrence of Arabia; 16 avqust 1888, Tremadok — 19 may 1935, Bovinqton düşərgəsi, Dorset) — Britaniya zabiti, səyyahı, casusu, yazıçısı.

Həyatı
İngilis əks-kəşfiyyatının Yaxın Şərq və Ərəbistandakı ən məhşur agentlərindən biri Lavrens 16 avqust 1888-ci ildə Şimali Uelsdə anadan olub. Ailə familyası Chopmandır. Şotlandiyalı bir rahibə ilə evlənə bilmək üçün Lavrens familyasını qəbul edib. 1910-cu ildə Türkiyə gələrək Dəclə çayının ətrafında arxeoloju qazıntılar adı altında bölgədə neft axtarışı və siyasi,etnolojik məlumatlar topladı. Daha sonra Suriya,Fələstin və Misiri gəzərək Ərəb dilini və İslam adətlərini öyrəndi. Birinci dünya müharibəsində baş leytnant rütbəsi ilə İngilis Hərbi Xəbəralma Təşkilatında (British Military Intelligence Service) agent olaraq çalışıb. Ərəblərin Osmanlı dövlətinə qarşı üsyan etməyə təhrik edib. Ərəb dilinin bir çox şivəsini ana dili kimi bilirdi. 1916-ci ildən etibarən ərəblərin Osmanlıya qarşı üsyanlarını təşviq etməyə başlayıb. Məkkə Şərifi Hüseyin İbn Əlinin oğlu Əmir Faysalın komandanlığı altındakı kiçik birliklərlə Osmanlı ordusuna qarşı “mübarizə” aparıb. Vəhabi Əbduləziz İbn Suud ilə yaxın əlaqələr quraraq İngiltərədən onun üçün çoxlu silah və qızıl təmin edib. Türk ordusunun Hicaza gedən yolunu kəsmək üçün ərəblərlə birlikdə Şam-Hicaz dəmir yolu xəttini dəfələrlə dağıdıb. Lavrens Ərəblər içindəki fəaliyyəti ilə Osmanlının Fələstin və Suriyadakı məğlubiyyətlərində böyük rol oynadı. 1918-ci ildə müharibə başa çatdıqdan sonra İngiltərə Krallığı Lavrensin Şərif Hüseynə verdiyi bəzi sözləri yerinə yetirdi. Şərif Hüseynin oğlu Faysal İraq krallığına, digər oğlu Abdullahı İordaniya Əmirliyinə gətirldi. Lakin Şərif Hüseyn Lavrensin ona söz verdiyi Ərəb Xilafətini istəyirdi. İstəyinin yerinə yetirilmədiyini gördükdə İngiltərəyə qarşı üsyan etdi. İngiltərə üsyankar Şərifi Kiprə sürgün etdi. Lavrens bu sürgün səbəbi ilə Krallığın ona verdiyi bütün medal və nişanlarından (Cəngavərlik nişanı daxil) imtina etdi. 1930-cu il “Ağrı dağı” üsyanında Kürd tayfalarının dövlətə qarşı qaldırılmasında yenə Lavrensin əli vardı. Eyni zamanda Əfqanıstan kralı Əmənullah xanın taxtdan endirilməsi ilə nəticələn böyük üsyanda Lavrensin əsəridir. 1921-ci ildə İngiltərədə Koloniyalar üzrə nazir Uinston Çörçilin Ərəb coğrafiyası üzrə müşaviri olub. Bir neçə dəfə adını dəyişdirdi. John Hume Ross(1922) adı ilə İngilis Hərbi Hava Qüvəllərinə daxil oldu. Agent olduğu bilindikdən sonra uzaqlaşdırıldı. Bu dəfə Thomas Edward Shaw(1923) adı ilə əvvəlcə tank birliklərinə daha sonra yenidən Hərbi hava Qüvvələrində vəzifə aldı. Polkovnik – leytnant rütbəsi ilə 1935-ci ildə ordudan təqaüdə ayrıldı. 19 May 1935-ci ildə motosiklet qəzasında dünyasını dəyişdi. “Üstün xidmət medalı” və “Fransız Şərəf Legionu Nişanı” kimi mükafatları var. “ Müdrüklüyün 7 əsası”, “Çöldə üsyan”, “Xaçlı qalaları” kitablarının müəllifidir.

Bu bədəvi ərəblərin “Dinamit Şeyx” adlandırığı Lavrensin 47 illik ömrünün qısa tərcümeyi-halıdır. Gələk əsas məsələyə Lavrens Bütün ərəbistanı tək gəzərək və qızıl paylayaraq bədəvi ərəbləri Osmanlıya üsyan etdirib fikri bir az şişirdilmiş ifadə olduğunu qəbul etmək lazımdır. Bu ifadə əsasən Türkiyədəki neosmanlıcılar daha çox ifadə edir. Səbəbi isə aydındır Ərəblərə qarşı əks fikir yaratmamaq. Lavrens haqqında internetdəki Türk saytlarında bir axtarış aparsaz 90 % məlumatlarda “Lavrens olmasaydı ərəblər Osmanlıya üsyan etməyəckdi” fikri təbliğ edilməyə səy göstərilir. Halbuki hadisələr bu qədər sadə deyil. Ərəblər artıq 19-cu əsrin ortasından Osmanlıya qarşı milliyətçi üsyanlara başlamışdı. Osmanlı Sultanları Birinci dünya müharibəsinə qədər ərəb şeyxlərini payladıqları qızılla əldə saxlaya bilirdi. Ərəbləri isə ümumən İstanbulda oturan Xəlifə maraqlandırmırdı. Sadəcə o günə qədər cografiyada, ərəb şeyxlərinə,Osmanlıdan daha çox qızıl paylayan dövlət yox idi bu səbəbdən İngilislər daha çox qızıl verdikdən sonra Osmanlıya xəyanətdə heç bir tərəddüt keçirtmədilər. Lavrens Ərəblərə lazım olan qızılı artıqlması ilə verməyə başlamışdı bundan əlavə Şərif Hüseynə, xəyalına belə gətirə bilməyəciy bir təklif etmişdi – Bütün Ərəbistanı onunKrallığı altında birləşdirmək və Xəlifəliyi İstanbuldan alaraq Məkkəyə gətirmək. Şərif Hüseyin belə bir təklifi qəbul etməyə bilməzdi. 1916-cı ildə Lavrensin və Şərif Hüseynin oğlu Faysalın iştirakı ilə İngilis ordusuna qarşı savaşan Osmanlı əsgərlərini pusquya salınaraq öldürülməsi əməliyyatları başladı. İslamın iki müqəddəs şəhəri Məkkə və Mədinənin “xristian əlinə düşməməsi” üçün Anadoludan gəlib mübarizə aparan Osmanlı əsgərləri bədəvi Ərəblər tərəfindən şəhid edilirdi. Diqqət edin bunu edən Məkkə və Mədinənin yerli əhalisi idi. Lavrens özü ilə sadəcə qızıl gətirmişdi İngilis əsgəri yox və o qızılla İslamın iki müqəddəs şəhərinin əhalisini xristianların bayrağı altında Müsəlman Osmanlıya qarşı savaşmağa razı salmışdı. Bu hər hansı agentin sadəcə qızıl və yağlı vədlərlə edəcəyi bir iş deyil yerli əhalinində Osmanlını xristian İngilislərə dəyişmək üçün fürsət axtardığını göstərirdi. Onsuzda Almanlar 12 cildlik “Ərəb üsyanı ” raportuna Lavrensin adını salmayaraq, ərəb üsyanında Lavrensin rolunun çox böyük əhəmiyyət kəsb etmədiyini göstərmişdi. Nəticədə Ərəb coğrafiyası müharibədən sonra İngilis və Fransız vassallığı altında bəzi ölkərə bölündü.

Lavrens haqqında bir başqa maraqlı məlumat isə Lavrensin öz yaxınlarına danışdığı Derra qalasında Türklər tərəfindən həbsdə olarkən , həbsxanada zorlanması məlumatıdır. Lavrensin zorlanmasına aid məlumat onun haqda çəkilən “Ərəbistanlı Lavrens” filminində öz əksini tapıb. KİV –də çıxan bəzi məlumatlara görə Lavrens1917–ci il 15-21 Noyabr arasında həbsdə olduğu Deraa qalasında vali Hacim Bəy(Hacim Muhittin Çarıklı – Türkiyə Respublikasında Şərq istiqlal məhkəməsi başqanı və 1950-ci ilə qədər CHP millət vəkili, Bursa valisi) tərəfindən qırmanclanmış, 20 noyabrda isə Türk əsgərləri tərəfindən zorlandığı haqqında yaxınalrına danışıb (Hacim Bey vali deyil Deraa mərkəzli Harran mütəsərrüfü olub). Lakin bu iddianın başqa bir İngilis yazıçısı James Barr tərəfindən yalan olduğu sübut olunub. Barra görə Lavrens Deraada zorlandığını dediyi 15- 21 noyabr zamanı başqa yerdə olub. Barr lavrensin gündəliklərin tədqiq edərkən zorlanmaya məruz qaldığı tarixlərə aid səhifələrin gündəlikdə cırılmış olduğunu görür. Gündəlikləri karbon testindən keçirib, qopardılmış səhifələrin digər səhifələrdə qoyduğu izləri tədqiq edərək Lavrensin o tarixlərdə Deraada deyil 80 km uzaqda Azrak qalasında olduğunu sübut edib. Çünkü digər bütün səhifələr Azrakı işarət edirdi. Eyni zamanda Lavrensin anasına gönderdiyi 14 noyabr tarixli məktubunda “Bir neçə gün Azrakda qalacağını” bildirməsidə Barrın iddialarını doğruluğuna şübhə yaratmır. Lavrens Deraada hebs edilir amma 1917-ci ildə yox 1916-cı ilin Dekabr ayında. Hacim bəy isə bu tarixlərdə Akhisarda məmur idi. 1916 -1917 –ci ildə Havranda jandarm zabiti olan, mərhum polkovnik Səlahəddin Günay “Bizi kimlərin ümüdünə qoyub gedirsən Türk” adlı xatirələrində Lavrensi onun həbs etdiyini yazır. Həbsdə bir gün qalan Lavrens daha sonra həbsdən qaçmağa nail olur. Lavrensin Hacim bəyə bu iftiranı atmağa sövq edən isə Havranda Hacim bəyin başçılığı ilə üsyançı bədəvilərə və ingilislərə qarşı edilən uğurlu müdafiədir. Lavrens Havranda həbsdə olan ingilisləri azad etmək üçün keçirdiyi bütün əməliyyatlar Hacim bəy tərəfinən geri püskürdülür. Həbsdə olan ingilislər isə məhkəmə qarşısına çıxarılır. Məhz bu səbəbdən Lavrens öz “əxlaq və mənəviyyatını” heçə sayaraq olmayan zorlanma hadisəsini yaymağa başlayır. Bilərəkdən həbs olunduğu tarixini isə 1 il uzadaraq Hacim bəyin Ərəbistanda olduğu tarixə gətirib çıxarır. Əslində “zorlanma” faktının yayılması Lavrens üçün elə böyük hadisə deyildi, bütün Ərəbistanda onun “ anormal cinsi arzularının” olması barədə xəbərlər gəzirdi. Türk əks-kəşfiyyat orqanı “Təşkilatı-Mahsusanın” Lavrens haqqında raportlarında da bu məlumatlar öz əksini tapır.

Sonda Birinci dünya müharibəsi illərində Yaxın Şərq və Ərəb coğrafiyasında öz təsirini qoymuş bir İngilis agentinin bütün vasitələrdən sitifadə edərək öz məqsədinə çatmaq üçün nələr etdiyini kiçik bir yazıda göstərdim.Lavrens Ərəb coğrafiyasında o dövür qaynayan onlarca ingilis agentlərindən biri idi. Sadəcə Ərəb dilini mükəmməl bilməsi,İslam adətlərini bələd olması və Ərəb çöllərində gəzərkən əynindən çıxarmadığı bədəvi paltarı ilə digərlərindən fərqlənə bildi. Türklərə olan nifrətini ər fürsətdə göstərdi və onlarca Türk əsgərinin şəhid olmasına səbəb oldu. Ərəb coğrafiyasında isə qoyduğu izlərlə fərqli-fərqli ərəb dövlətlərinin yaranmasında əsas rollardan birini oynadı.


Tarix: 09.03.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 591 Bölmə: Böyük Britaniya tarixi
loading...