1977 Avroviziya Mahnı Müsabiqəsi — 21-ci Avroviziya Mahnı Müsabiqəsi idi. Müsabiqə 7 may 1977-ci il tarixində Böyük Britaniyanın (İngiltərənin) paytaxtı London şəhərinin Wembley Conference Center arenasında təşkil olunmuşdur. Müsabiqənin aparıcısı Angela Rippon olmuşdur. Müsabiqənin qalibi isə Fransa olmuşdur. Fransanı bu müsabiqədə Marie Myriamın oxuduğu "L'oiseau et l'enfant" (Quş və uşaq) adlı mahnı qalib etmişdir.
Bu qələbə Fransanın Avroviziyada 5-ci qalibiyyəti idi. Bu rekorda Lüksemburq 1983-cü, Böyük Britaniya isə 1997-ci ildə çatmışdır.
Bu ilki müsabiqəni də xalsız başa vuran ölkə olmamışdır.
Müsabiqə keçirildiyi tarixdən beş həftə əvvəl olmalıydı. Amma BBC-nin operatorlarının etdiyi tətilə görə bu tarixdə keçirilmişdir.
Bu il Almaniya öz dilində – Alman dilində yox İngilis dilində oxunan mahnı ilə təmsil olunmuşdur.
İştirakçılar
Müsabiqədə 18 ölkə iştirak etmişdir.
İştirakçılar arasında ilk dəfə iştirak edəni yox idi.
Yuqoslaviya iştirakdan imtina etmişdir. Türkiyə də bu ilki Avroviziyada iştirak etməmişdir. Bu il ilk dəfə müsabiqədə Afrika ölkəsinin – Tunisin də iştirakı gözlənilirdi. Amma sonra iştirakdan imtina etmişdir.
İsveç yenidən müsabiqədə iştirak etmişdir.
Tarix: 09.03.2015 / 16:16 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Böyük Britaniya tarixi