Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kristofer Ren

Kristofer Ren (ing. Christopher Wren; 20 oktyabr 1632 — 25 fevral 1723) — ingilis memar və riyaziyyatçı, Mason, Orijinal № 1 Lojası Böyük Ustadı olmuşdur. İngiltərə milli memarlıq üslubunun yaradıcısıdır. Memarlıq işlərində roma stilinə üstünlük vermişdir.

İnşasına 1675-ci ildə başladığı və 1710-cu ildə inşası başa çatan İngiltərənin Müqəddəs Pavlo kilsəsi İngiltərənin yepiskop İqamətgahı sayılır. Bundan başqa, London tarixində baş verən yanğınla əlaqədar "Monument to the Great Fire of London" adlı abidəsi, "Marlborough House" adlı böyük evi, Winchester şəhərində yerləşən yepiskop saraylar, "Trinity College" kitabxanası, Qrinviçdə yerləşən "Royal Naval Hospital" xəstəxana və s. bu kimi abidələr Kristofer Renə aiddir.

Aqata Krıstinin (1890-1976) "Tələ" pyesində personajlardan biri K.Renin adını daşımaqla fəxr edir. Ancaq pyesdə memarın yaşadığı dövr XIX əsr kimi göstərilir.


Tarix: 09.03.2015 / 16:12 Müəllif: Feriska Baxılıb: 242 Bölmə: Böyük Britaniya tarixi
loading...