London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır.
Haqqında
İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədi ilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir.
İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir.
Şərtləri
Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi. Müqavilənin imzalanmasından sonra 1625-ci ilə kimi İngiltərə və İspaniya sülh içində yaşadılar.
Tarix: 09.03.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 215 Bölmə: Böyük Britaniya tarixi