Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hillsboro faciəsi

Məzmun
15 Aprel 1989-da 24,000 "Liverpul" azarkeşi bir futbol matçı izləməyə getdi. 96-sı heç vaxt geri qayıtmadı! İngiltərə futbol tarixində yaşanmış ən faciəli hadisələrdən biri də Hillsboro faciəsidir. 15 aprel 1989-cu ildə baş vermiş bu faciədə 96 nəfər azarkeş həlak olmuş, 766 nəfərsə müxtəlif dərəcəli xəsarət almışdır. Hadisə Şeffild qraflığında yerləşən “Hillsboro” stadionunda “Nottinhem Forest” və “Liverpul FK” komandaları arasında keçirilən yarımfinal qarşılaşması zamanı baş vermişdi.

Ölkə kuboku uğrunda yarımfinal matçı saat 15.00-a təyin edilmişdi. Oyuna marağın böyük olacağını və turniketlərin buraxılış səviyyəsinin aşağı olduğunu nəzərə alan təşkilatçılar klubun azarkeşlərinə müraciət edərək, stadiona bir qədər tez gəlməyi xahiş etmişdi. Lakin bu çağırış da faciənin qarşısını ala bilməmişdi. Bundan başqa, oyuna 10 dəqiqə qalmış azarkeşlərlə yanaşı stadiona 4 minə yaxın biletsiz tamaşaçı da daxil olmağa cəhd göstərmişdi. Nəticədə turniketlərin qarşısında böyük sayda azarkeş cəmləşmişdi. Bu zaman adamlar arasında gərginliyin artdığını göstərən hadisələr baş verməyə başlamışdı. Bu an stadionun təhlükəsizlik xidmətinə cavabdeh olan polis məmuru Devid Dakenfild tabeçiliyində olan polis nəfərlərindən soruşmuşdu: “Hamının bilet var?O zaman biletləri yuxarı qaldırın!”. Azarkeşlər polis məmurunun tələbini yerinə yetirən zaman qapılar açılmış və çox cayda biletsiz tamaşaçı tibunalara daxil olmağa başlamışdı. Dolu tibunalarda əyləşmiş tamaşaçılarsa üç tərəfdən dəmir hasarlarla əhatəyə düşmüş və dördüncü qapıdan daxil olmuş kütlə ön sırada oturmuş tamaşaçıları sıxmağa başlamışdı. Metal hasarı sıxılmış və azarkeşlər ağırlıq altında boğulmuşdular.

Qarşılaşmanın 6-cı dəqiqəsində oyun saxlanılmışdı, lakin polisin və stadion əməkdaşlarının qeyri-adekvat davranışı nəticəsində böyük sayda insan həlak olmuşdu. Məsələ ondadır ki, polis tıxacdan canını qurtarmağa çalışan azarkeşləri davranışı xuliqanlıq kimi qiymətləndirmiş və hətta tribunadan qaçmağa çalışan tamaşaçıların üzərinə polis dəstəsi göndərmişdi. Ön dəmir hasarın açmaqdan imtina etməklə polis 96 nəfərin ölümünə şərait yaratmışdı. 766 nəfər müxətlif dərəcəli xəsarət almışdı. “Liverpul” komandasının kapitanı Stiven Cerrardın dayısı oğlu da ölənlər arasında olmuşdu. Təəccüblüdür ki, polis təcili tibb yardım maşınlarının stadiona daxil olmasına imkan verməmiş və nəticədə çox sayda azarkeş yerindəcə həlak olmuşdu. Yalnız bir həkim briqadası xəsarət alanlara yardım etmişdi.

Lakin dörd gün sonra “The Sun” qəzeti “Həqiqət” başlıqlı dərc etdiyi məqalədə iddia etmişdi ki, azarkeşlərin həlak olmasında polis yox, “Liverpul” komandasının sərxoş fanatları günahkardırlar. Bundan başqa, qəzet yazmışdı ki, “Liverpul”un azarkeşləri polisə qarşı nəlayiq hərəkətlərə yol vermiş və həlak olmuş yoldaşlarını soymuşlar. Maraqlıdır ki, günahın kimlərdə olduğu sənədlərlə təsdiqlənsə də, qəzet üzr istəməkdən imtina etmişdi. Qəzetə qarşı indiyədək mübarizə aparılır. Hər il aprel ayının 15-də “Liverpul” klubunun rəhbərliyi və oyunçuları şəhərdə ucaldılmış abidəsinin önünə toplaşaraq, faciədə ölən insanların xatirəsini anırlar. Hələdə "Liverpul" azarkeşləri "Don't buy The Sun" bannerlərini açırlar.

Dövlət səviyyəsində aparılmış istintaq zamanı faciənin günahkarları müəyyənləşdirilməmişdi. Polislər onunla bəraət qazanmağa çalışmışdılar ki, tribunalara azarkeş buraxmasaydılar, tələfat daha çox ola bilərdi. Bir neçə il çəkmiş məhkəmə dinləmələrindən sonra əsas günahın giriş qapılarını açmaq barədə göstəriç vermiş Devid Dakenfild elan olunmuşdu. Lakin səhhətilə əlaqədar olaraq polis məmuru işdən azad edilməmişdi.

§Bu faciədə həyatını itirmiş 96 nəfər
Con Anderson Alfred (62)
Kolin Mark Ashcroft (19)
Ceyms Qari Aspinall (18)
Kester Rocer Markus Ball (16)
Jerar Bernar Patrik Baron (67)
Simon Bell (17)
Barri Sidni Bennet (26)
David Con Benson (22)
Devid Uilyam Birtle (22)
Toni Blend (22)
Pol Devid Bredi (21)
Andrey Mark Bruks (26)
Karl Braun (18)
David Stiven Braun (25)
Henri Tomas Berk (47)
Piter Endryu Burket (24)
Pol Uilyam Carlile (19)
Raymond Tomas Çapman (50)
Qari Kristofer Çörç (19)
Cozef Klark (29)
Pol Klark (18)
Harri Kollinz (22)
Stiven Pol Copoc (20)
Treysi Elizabet Koks (23)
Ceyms Filip Delani (19)
Kristofer Barri Devonside (18)
Kristofer Edvards (29)
Vinsent Maykl Fitzsimmons (34)
Tomas Stiven Foks (21)
Yon-Pol Gilhooley (10)
Barri Qlover (27)
Yan Tomas Qlover (20)
Kran Corc Qodvin (24)
Roy Harri Hamilton (34)
Filip Hammond (14)
Erik Hankin (33)
Harri Harrison (27)
Stefan Frensis Harrison (31)
Piter Endryu Harrison (15)
David Kolli (39)
Ceyms Robert Hennessy (29)
Pol Entoni Hewitson (26)
Karl Darren Hyuitt (17)
Nikolay Maykl Hyuitt (16)
Sara Luiza Hiks (19)
Viktoriya Ceyn Hiks (15)
Qordon Rodni Horn (20)
Artur Lami (41)
Tomas Hovard (39)
Tomas Hovard (14) Entoni
Erik Corc Hyuz (42)
Alan Conston (29)
Kristin Ann Cons (27)
Qari Filipp Cons (18)
Riçard Cons (25)
Nikolay Piter Joynes (27)
Entoni Piter Kelli (29)
Maykl Devid Kelli (38)
Karl Devid Lyuis (18)
Devid Uilyam Mather (19)
Brayan Kristofer Mattyus (38)
Frensis Cozef Mak - Allister (27)
Con Mcbrien (18)
Marian Hazel Makkabe (21)
Cozef Makkarti Daniel (21)
Piter Mcdonnell (21)
Alan Mcglone (28)
Kit Makqrat (17)
Pol Brayan Mürrey (14)
Li Nikol (14)
Stefan Frensis Onil (17)
Conatan Ouens (18)
Uilyam Roy Pemberton (23)
Karl Vilhelm Rimmer (21)
David Georgi Rimmer (38)
Qrehem Con Roberts (24)
Stiven Cozef Robinson (17)
Henri Çarlz Rocers (17)
Kolin Endryu Hyu Uilyam Sefton (23)
İnger Şah (38)
Paula Enn Smit (26)
Adamiya Edvard Spearritt (14)
Filip Con Stil (15)
David Leonard Tomas (23)
Patrik Con Tompson (35)
Piter Tompson Ruben (30)
Stüart Pol Uilyam Tompson (17)
Piter Frensis Tootle (21)
Kristofer Ceyms Traynor (26)
Martin Kevin Traynor (16)
Kevin Tyrrell (15)
Kolin Vafer (19)
Yan David Velan (19)
Martin Kennet Vild (29)
Kevin Deniel Uilyams (15)
Qrehem Con Rayt (17)


Tarix: 09.03.2015 / 16:16 Müəllif: Feriska Baxılıb: 301 Bölmə: Böyük Britaniya tarixi
loading...