Həsrətindəyəm...
Qədrini bilmədim mən o günlərin,
İndi o günlərin həsrətindəyəm.
Səninlə keçirdim ən xoş illəri,
Mən həmin illərin həsrətindəyəm.
İndi sənsiz mənim yox rahatlığım,
Sanki qəfəsdəyəm yox azadlığım.
Səni unutmaq üçün cırıb atdığım,
Mən o şəkillərin həsrətindəyəm.
Ürəyim od tutub yoxdur söndürən,
Ağlayan gözümü yoxdur güldürən.
Bircə baxışınla məni öldürən,
O qara gözlərin həsrətindəyəm.
Sən yoxsan gözlərim yenə dolubdur,
Sənsiz həyat məni yaman yorubdur.
Məhəbbət bağımda güllər solubdur,
O solan güllərin həsrətindəyəm.
Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Azeri Letifeler
loading...