Mollaya xəbər verirlər ki
Mollaya xəbər verirlər ki, qaynanasını su aparıb. Molla gəlib girir
çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
– Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya
yuxarı dırmaşar?
Molla deyir:
– Siz onu tanımırsınız. O elə bir tərs adam idi ki, hökmən yuxarı
gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.
Tarix: 02.06.2013 / 17:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Azeri Letifeler
loading...