Yanvarın 20-21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan Respublikasının Ali Sovetinin iclası keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Səhər saat 6.00-a qədər müzakirələr aparıldı. Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi.
Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu. Bunlardan 3 nəfəri 1918-ci il mart qırğınları zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazildı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların üstündə "Naməlum" sözü yazıblar. Əslində, bu düzgün deyil. Düzdür, 20 Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var. O da lap axırda dəfn olunub.
Tarix: 21.01.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycanlı sülalələr