Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəhidlər Xiyabanı

Şəhidlər Xiyabanı – Bakının Səbail rayonunda inzibati ərazi. 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı, türk əsgərlərinin, 1990-cı ildə Qara Yanvar hadisələri zamanı Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş azərbaycanlıların dəfn edildiyi xiyaban. 1924-1990-cı illərdə xiyaban ləğv edilmiş və burada "Dağüstü Park" adlanan əyləncə mərkəzi salınmışdır. 1990-cı ilin yanvar hadisələrindən sonra ərazi yenidən Şəhidlər Xiyabanı adlandırılmışdır.

1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin istər Respublika istərsə də şəhər rəhbərliyinə etdiyi müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına (indiki Səbail) rayonun xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir. Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir. Yerin seçilməsində görkəmli arxitektor, elmlər doktoru Nəriman Əliyevin məsləhətləri nəzərə alınmışdır.


Tarix: 21.01.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanlı sülalələr
loading...