Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaradağlı soyqırımı

Qaradağlı soyqırımı — 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşmüşlər. Düşmənin hərbi qüvələri ilə qeyri – bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz qalmasına baxmayaraq vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstərmişdir. Təxribatların 1988 – ci ilin fevralından başladığını, Tuğ, Saləkətin kəndlərinin 30 oktyabr 1991, Xocavəndin özünün 19 noyabr 1991, Naxullunun 10 yanvar 1992, Qaradağlının 17 fevral 1992, Muğanlı, Əmirallar, Kuropatkinonun 2 oktyabr 1992, Xətainin 20 avqust 1993, Günəşlinin 23 avqust 1993-cü ildə işğal olunması deyilənləri sübut edir.


Tarix: 21.01.2015 / 17:08 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycanlı sülalələr
loading...