Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Döyüş qabağı Səfəvilərin vəziyyəti

Heç bir odlu silahı və topu olmayan qızılbaş ordusu sayca osmanlılardan xeyli az idi. Müharibəyə kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın adamlarının məsləhətinə baxmayaraq düşməni qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırdı. Səfəvi ordusunun sağ cinahında durmuş Xan Şamlı, sol cinahında isə Məhəmməd xan Ustaclı komandanlıq edirdi.

Döyüşün gedişi
I Şah İsmayıl təkbətək döyüşdə Osmanlı pəhlivanı Əlibəy Məlquc oğlunu qılıncdan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz qaldı.

Döyüşdən sonra
Yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə, Osmanlılar isə Həsən paşa, Məlqucoğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirdilər. Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.

Lakin Osmanlı ordusu Təbrizdə cəmi 6 gün qala bildi. Səbəb orduda, xüsusən yeniçərilər arasında narazılığın artması idi. Belə ki, yeniçərilər böyük bir qismi sufi-dərviş ordeni olan bəktaşiliyə itaət edirdi. Bəktaşiliyin sütunları isə Səfəvi dini ideologiyasına çox yaxın idi.

Sultan I Səlim geri çəkilərkən bir neçə min sənətkar ailəsini İstanbula köçürdü. Bu sənətkarların əməyindən 1509-cu ildə İstanbulda baş vermiş güclü zəlzələdən[Mənbə göstərin] sonra şəhərin bərpasında istifadə edilmişdir.

Döyüşdə həlak olanların sayı barəsində mənbələrdə məlumatlar ziddiyyətlidir. Şərəf xan Bitlisi "Şərəfnamə"də qızılbaşların itirdikləri görkəmli sərkərdələrdən əlavə 5 min süvari itkisi barəsində məlumat verir. Səfəvi səlnaməçiləri isə cəmi 5 min nəfərin öldüyünü və onlardan 2 mininin qızılbaş, 3 mininin isə osmanlı olduğunu vurğulayırlar. Osmanlı səlnaməçiləri isə bu rəqəmin türklərdə 30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu bildirirlər. Bidlisinin rəqəmləri daha düzgün hesab olunur.

Çaldırandakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır ziyan vurdu.

Deyilənə görə, bu döyüşdəki məğlubiyyətdən sonra I Şah İsmayıl bir daha şəxsən hər hansı vuruşda iştirak etməmişdir.


Tarix: 21.01.2015 / 14:24 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycanlı sülalələr
loading...