Həyatı
Göyüş Qarayev 15 dekabr 1970-ci ildə anadan olub[1]. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub.
Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoyub.
1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlayıb.
26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.
Gizir G.Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 6 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.
Badamdar qəsəbəsinin küçələrindən birinə şəhid G.Qarayevin adı verilib, yaşadığı binaya isə onun barelyefi vurulub.
Tarix: 26.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanın müharibələri