Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

N hərfi ilə başlayanlar
N hərfi ilə başlayanlar

Nabələdə gün də buluddur.
Naqqa balıq tasa yerləşməz.
Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
Nağd alverdən ətir iyi gələr.
Nağdı əldən vermə.
(Nağdı qoyub nisyənin dalınca düşmə). Nağıl dili yüyrək olar.

Nadan əlindən su içmə,ab-həyat olsa da.
Nadanı kötək düzəldər, qozbeli qəbir.
Nadanın düşməni özüdür.
Nadiri taxtda görüb, Şah Abbası qundaqda.
Nakəsə borclu olma.
Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
Namaza meyli olanın qulağı azanda olar.
Namazdan əvvəl boğazdır.
Namazı əkib, orucluğa gedir.
Namə vüsalın yarısıdır.
Namə yazmaq asandır, yetirmək çətin.
Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni.
Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar.
Namərdə yaxa vermə, mərdə arxa ol.
Namərdə möhtac olma.
Nə əkərsən, onu biçərsən.
Nə qoyuna gedər, nə qapıda hürər.
Nə tökərsən aşına o da cıxar qaşığına.


Tarix: 10.08.2015 / 12:31 Müəllif: Akhundoff Baxılıb: 538 Bölmə: Atalar Sözləri
loading...