Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Atalar SözləriŞ hərfi ilə başlayanlar

Ş hərfi ilə başlayanlar

Şabalıtdan yağ çıxmaz.
Şabaşını vermişik.
Şadlığına şitlik eləyir.
Şair gördüyünü yazar.
Şair sözsüz olmaz.
Şayiə hər yanı gəzər.
Şalbanın bir ucu sənin çiynindədir.
Şam başından yanar.
Şam dibinə işıq salmaz.
Şam yanar, şölə çəkər...
Şam yanmasa, başına pərvanə dolanmaz.
Şam kimi əriyib.
Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?
Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
Şamaxıda danışır, Bakıda eşidilir.
Şahla plov yemirəm ki, bığım yağa batar.
Şahsənəm oğlan doğub!
Şahin ilə dəvə ovlamazlar.
Şeytana papış tikir, başına da deşik qoyur. Ardı »

Atalar SözləriQ hərfi ilə başlayanlar

Q hərfi ilə başlayanlar

- Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
- Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
- Qabil şagird ustal olar ustada.
- Qazan qarası gedər, üz qarası getməz.
- Qaz vur, qazan doldur.
- Qazı da bilir, quzu da
- Qazıdan qardaş olmaz.
- Qazıya yalqız gedən razı gələr.
- Qaydanı pozan peşiman olar.
- Qayınananın gücü qızına çatar.
- Qalan işə qar yağar.
- Qamış ola, gomuş ola, görməmiş ola...
- Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
- Qanı qan ilə yumazlar, qanı su ilə yuyarlar.
- Qanmaza qoşulanı qanmaz çağırarlar.
- Ardı »

Atalar SözləriƏ hərfi ilə başlayanlar

Ə hərfi ilə başlayanlar

- Ədəb bazarda satılmaz.
- Ədəbi kimdən öyrəndin, ədəbsizdən.
- Əvvəl arxı tullan, sonra bərəkallah de.
- Əvvəl danış, sonra gül.
- Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.
- Əvvəl düşün, sonra danış.
- Əvvəl zəhmət çəkən, sonra rahat olar.
- Əzizim əziz, tərbiyəsi ondan əziz.
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
- Əkiblər yemişik, əkərik yeyərlər.
- Əldən qalan əlli il qalar.
- Əli aşından da oldu, Vəli aşından da...
- Əli ələ vurarsan, səs çıxar.
- Əlindən bir iş gəlməyən on danışar.
- Ərkəsöyün böyüyən oğul avara olar.
- Əsli, nəcabəti olmayana qamçı neylər?
- Əməksiz yemək olmaz.
- Ətə pul verməz, küftənini böyüyündən yapışar.
- Ət ilə dırnaq arasına girən Ardı »

Atalar SözləriS hərfi ilə başlayan

S hərfi ilə başlayan

Sabaha kim ölə, kim qala.
Sabahın da sabahı var.
Sabahın naharı bədənin mismarıdır.
Sevgi od deyil, amma oddan yamandır.
Səbr ilə halva bişər, ey qora, səndən. Bəsləsən atlas olar tut yarpağından.
Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
Sənət insan üçün xəzinədir.
Söz-sözü çəkər.
Sözün ilə işin bir olsun.
Sürüdən ayrılan qoyunu qurd yeyər Ardı »

Atalar SözləriP hərfi ilə başlayan

P hərfi ilə başlayan

Padşah uzaqda, allah yuxarıda, kimə deyəsən dərdini?!
Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.
Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
Padşahın da dalınca danışarlar.
Padşahın da rəiyyətə işi düşər.
Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
Pay bölənə pay qalmaz.
Pay bölənin yüzdə biri cənnətə gedər.
Pay verdi, dalınca gəldi.
Pay dolu gələr, dolu gedər.
Pay payı döyər, çıxardar.
Pay paylayan payından olar.
Paydan pay ummazlar.
Paydan uman pay verməz.
Payın qabağı pay olar.
Payın cənnətdə.
Payını yalqız yeyən payını dişi ilə tutar.
Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.
Payız camışı qaçağan olar.
Payızın suyu kasıbın boğazına təngdir.
Palaza bürün, el ilə sürün.
Palan–palan, mənə də palan?!
Palçığa batan arabanı öküz çıxardar.
Papaq elə-işimizi bilək.
Papaq isti-soyuq üçün deyil, Ardı »

Atalar Sözləriİ hərfi ilə başlayanlar

İ hərfi ilə başlayanlar

- Eyni güldən ilan zəhər, arı bal çəkər.
- İlanın ağınada lənət qarasınada.
- İlan ulduz görməsə ölməz.
- İlan vuran ala çatıdan qorxar
- İlan adamın topuğunu, adam ilanın başını gözlər
- İlan getsin balasi da daliycan
- İlanın başı ağrıyanda yolun ortasında yatar
- İlan hara əyri getsədə öz yuvasına düz gedər(?)
- Hökümdarlar ilanlar kimidir: zəhər də, dərman da onların əlindədir.
- İstəyirsən bal çörək - al əlinə bel, kürək...
- İşi başlayan yarıda qoymaz.
- İşlək at arpasını artırar.
- İşləməyən dişləməz.
- İşləmək dərdindən yeməyə həsrət canım.
- İşlənməyən dəmiri pas tutar.
- İş insanı safa çıxardar.
- İş ustasından qorxar.
- İş insanın cövhəridir. Ardı »

Atalar SözləriM hərfi ilə başlayanlar

M hərfi ilə başlayanlar

Məkkəyə gedən dəvə hacı olmaz.
Mərddən bir xəta, namərddən min.
Mərd əli kasad olmaz.
Mərdi qova-qova namərd eləmə.
Mərdi qova-qova namərd edərlər.
Mərd igidlər süfrə açar, ad alar.
Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
Mərdin gözü tox olar, namərdin gözü ac.
Mərd gördüyün deməz.
Mərd mərdi qanar, Bərkdə oduna yanar.
Mərd özündən bilər, namərd yoldaşından.
Mərd çörəyini daşdan çıxardar.
Meşə çaqqalsız olmaz.
Miyançının kisəsi gen olar.
Milçək bir şey deyil, könül bulandırır. Ardı »