Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D hərfi ilə başlayanlar
D hərfi ilə başlayanlar

- Dağarcığını çuval yanına qoyur.
- Dağ dağa qovuşmaz, insan insana rast gələr.
- Dağ yeri-duman yeri, Yurd yeri-güman yeri.
- Dağlar başına qış, İgid başına iş.
- Dadanan qudurandan pis olar.
- Daldan atılan daş topuğa dəyər.
- Damara bax, qan al.
- Dama-dama göl olar, axa-axa sel olar.
- Dam dirək üstə durar.
- Danışıq dananı qurda verər.
- Danışmaq gümüş, danışmamaq qızıldır.
- Danışıram pis olur, Danışmıram his olur.
- Dedi-qodu ev yıxar.
- Demək olmur gözün üstə qaşın var.
- Dedim bir ağız ağla, demədim eli güldür bizə.
- Dedim eşidəsən, demədim öyrənəsən!
- Deyə-deyə dilimdə tük bitdi.
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
- Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
- Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
- Dəvə yaxını otlar, uzağı gözlər.
- Dəymişin qoyub, kalın dərir.
- Dəli qazandı, ağıllı yedi.
- Dəli qırmızı sevər, gic sarı.
- Dəli dəlini görəndə çomağını yan tutar.
- Dəlidən doğru xəbər.
- Dəmir sürtüldükcə parıldar.
- Dərvişin fikri nə isə, zikri də odur.
- Dərviş yabısı hər evin yolun tanıyar.
- Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.
- Dərviş olan dilriş olar.
- Dərviş öz evini çiynində gəzdirər.
- Dərdlərə dərman olub, dərmansız qalan canım.
- Dərə xəlvət, tülkü bəy.
- Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
- Dil yalançı olunca, lal olsa yaxşıdır.
- Dil yanılar, doğrusunu deyər.
- Dil yarası qılınc yarasından yamandır.
- Dil ürəyin açarıdır.
- Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
- Dini yeyib, imanını dalına alıb.
- Diriyə hay verməz, ölüyə pay.
- Diş tutmayanı, dodaq tutmaz.
- Dığ-dığ adamı azara salar.
- Dovşanı araba ilə tutur.
- Doğma yurd şirin olar.
- Doğru danışanın papağı yırtıq olar.
- Doğru dostluq qərəzsiz olar.
- Doğru elə bilər hamı doğrudur.
- Doğru yalanı qovar.
- Doğruya zaval yoxdur, çəksələr min divana.
- Doğruluqla dost qapısın dolan gəl, öz evin kimi.
- Doğru söz acı olar.
- Doğru sözdən xəta gəlməz.
- Doğru söz dəmiri dələr.
- Dolunu yeyib, boşa təpik atır.
- Dost başa baxar, düşmən ayağa.
- Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
- Dost dosta yaman gündə gərəkdir.
- Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
- Dost yaman gündə tanınar.
- Dost yolunda boran olar, qar olar.
- Dost yolunda can qurban.
- Dostluqla tutub, düş mənliklə yıxma.
- Dost min isə azdır, düşmən bir isə çoxdur.
- Dostun versə qum, Al ovcunda yum
- Dözən döş yeyər.
- Duzu yeyib, duzqabını sındırır.
- Düzdə gəzdi hərləndi. Gəldi dağa dirəndi. Düzlük xoşbəxtliyin açarıdır.
- Düzlük uzanar, qırılmaz.
- Düz sözə boynum qıldan nazikdir.
- Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
- Ev alma, qonşu al.


Tarix: 06.08.2015 / 12:55 Müəllif: Akhundoff Baxılıb: 306 Bölmə: Atalar Sözləri
loading...