Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ö hərfi ilə başlayan
Ö hərfi ilə başlayan

Öküz altında buzov axtarır.
Öküzü buynuzundan, adamı sözündən tutarlar.
Ölən canını qurtarır, vay qalanın halına.
Ölər, Koroğlu getməz bu yurddan.
Ölmək ölməkdir, xırıldamaq nə deməkdir.
Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
Ölüdən pay umur.
Ölüm qaş ilə göz arasındadır.
Ölümdən başqa hər şeyə çarə var.
Ölümə çarə yoxdur.
Ölülər elə bilir, dirilər halva yeyir.
Ölünün dalınca danışmazlar.
Ölünün vəsiyyəti özü ilə gedər.
Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
Örtülü bazar dostluğu pozar.
Övlad ata-ananın ürəyidir.
Övlad bir turş almaya bənzər, yeyənin dişi qmaşar, yeməyənin könlü istər.
Övlad can yanğısıdır.
Övlad insanın məbədidir.
Övlad könül meyvəsidir.
Övlad ya ataya oxşar, ya anaya.
Övladda nəvə, dövlətdə dəvə.
Öz anasını sevməyən, özgə anasını sevməz.
Öz evimin nökəriyəm, özgə evinin-ağası.
Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
Özgə atına minən tez düşər.
Özgə buzovunu güdənin çatısı əlində qalar.
Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
Özgənin sözünü özgəyə deməyə nə var?
Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
Özgəyə quyu qazan özü düşər.
Özgəsinə göz qoyan özünkünü itirər.
Özü yıxılan ağlamaz.


Tarix: 10.08.2015 / 12:30 Müəllif: Akhundoff Baxılıb: 497 Bölmə: Atalar Sözləri
loading...