Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ə hərfi ilə başlayanlar
Ə hərfi ilə başlayanlar

- Ədəb bazarda satılmaz.
- Ədəbi kimdən öyrəndin, ədəbsizdən.
- Əvvəl arxı tullan, sonra bərəkallah de.
- Əvvəl danış, sonra gül.
- Əvvəldən nə idi hüsnü-camalı, indi olub dəli Bayramlı.
- Əvvəl düşün, sonra danış.
- Əvvəl zəhmət çəkən, sonra rahat olar.
- Əzizim əziz, tərbiyəsi ondan əziz.
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
- Əkiblər yemişik, əkərik yeyərlər.
- Əldən qalan əlli il qalar.
- Əli aşından da oldu, Vəli aşından da...
- Əli ələ vurarsan, səs çıxar.
- Əlindən bir iş gəlməyən on danışar.
- Ərkəsöyün böyüyən oğul avara olar.
- Əsli, nəcabəti olmayana qamçı neylər?
- Əməksiz yemək olmaz.
- Ətə pul verməz, küftənini böyüyündən yapışar.
- Ət ilə dırnaq arasına girən iyiyər çıxar.
- Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.Zalıma rəhm etmək, məzluma zülm etməkdir.


Tarix: 06.08.2015 / 12:53 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Atalar Sözləri
loading...