Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oleq Basilaşvili

Oleq Valerianoviç Basilaşvili (gür. ოლეგ ბასილაშვილი) — Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artisti (1984).

Həyatı

Oleq Basilaşvili 26 sentyabr 1934-cü ildə Valerian Basilaşvili və İrina İlyinskayanın ailəsində anadan olmuşdur.

1956-cı ildə MXAT məktəb-studiyasında Pavel Massalskinin kursunu bitirmişdir. Onda Lenin komsomolu adına Leninqrad teatrına göndərilmişdir.

1959-cu ildə Böyük Akademik Dram Teatrının (hazırda Tovstonoqov adına Böyük Akademik Dram Teatrı) truppasına dəvət olunur. Orada Georgi Tovstonoqovun bir neçə quruluşunda ("Okean", "Üç bacı", "Barbarlar" və s.) iştirak etmişdir.

Rejissorlar Eldar Ryazanovun ("İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal") və Georgi Daneliyanın ("Payız marafonu") filmlərindəki rolları isə aktyora məşhurluq gətirdi. Maraqlıdır ki, 1975-ci ildə Oleq Basilaşvili atasının ölümü ilə bağlı Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki İppolit roluna çəkilməkdən imtina etmişdi.

1990-1993-cü illərdə RSFSR-in (Rusiya Federasiyası) millət vəkili olmuşdur.

2006-cı ildə "Əsrin avtoqrafı" kitabının buraxılışında iştirak etmişdir.

Ailəlidir. Birinci evliliyi aktrisa Tatyana Doronina ilə olmuşdu. Bu ailə səkkiz ildən sonra dağıldı. Basilaşvilinin ikinci arvadı Qalina Mşanskaya olmuşdur.

Filmoqrafiya
İşdə məhəbbət macərası (film, 1977)
İki nəfərlik vağzal (film, 1982)


Tarix: 23.02.2013 / 16:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Aktyorlar
loading...