Almuradlı Rövşən Əziz oğlu – rejissor, ssenarist, əsər müəllifi, aktyor.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 Teatr tamaşaları
5 Həmçinin bax
Həyatı
Rövşən Almuradlı 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır.
Yaradıcılığı
ALMURADLI RÖVŞƏN ƏZİZ OĞLU 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. 1985- 1987- illərdə SSRİ Mədəniyyət Nazirliyinin nəzdində təkmillləşdirmə institunda ali rejissorluq kursu bitirmişdir. Həmin illərdə Moskva Akademik Satira teatrında rejissor təcrübəsi keçmişdir. (Kurs rəhbəri SSRİ xalq artisti V. N. Pluçek).
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə: Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır.
O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur. 1987-ci ildə Şəki Dövlət Dram teatrında: M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında: N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Suleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən: Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissorudur. 1990 –cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biridir. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olmuşdur. 1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında: Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olmuşdur. 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olmuşdur. 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.
R.Almuradlı AZ TV-nin "Sabah" yaradıcılıq birliyində aşağıdakı film tamaşalara quruluş vermişdir : C.Məmmədquluzadənin "Anamın kitabı", N.Hacızadənin "Qayalarda qalan səs", Orxan Fikrətoğlunun "Şəkilçi və şəkilçi", Şekspirin "Kleopatra" “Telefilm” yaradıcılıq birliyində aşağıdakı bədii televiziya filmlərinin quruluşçu rejissorudur : "Yaz yuxusunun işiqi", "Bəsdir aglama",
Film dastanlar: "Abbas və Gülgəz" 7 seriyalı "Koroğlu" , Sənədli filmlər: "Etnoqrafik etüdlər", "Qobustan", "Qax abidələri", "Padarçöl", "Molla Cümə", "Şıx ocağının işığı", "Qudyalçay" “Göyçə gözəlləməsi” “Yurd” və s..
2006- 2008 ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissorudur. 2005-ci ildə Akademik Milli Dram Teatrında: İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin quruluşçu rejissorudur. Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir. Bakı Bələdiyyə Teatrında : 2010- cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş vermişdir.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş vermişdir.
Filmoqrafiya
Hücum (film, 1989)
Qəzəlxan (film, 1991)
Anamın kitabı (film, 1994)
Azadlığa gedən yollar (film, 1990)
Qayalarda qalan səs (film, 1995)
Şəkilçi (film, 1995)
Ümid (film, 1995)
Yük (film, 1995)
Etnoqrafik etüdlər (film, 1996)
Kleopatra (film, 1996)
Yaz yuxusunun işığı (film, 1996)
Qobustan (film, 1997)
Bəsdir, ağlama! (film, 1999)
Ünvansız qız (film, 1999)
Abbas və Gülgəz (film, 2000)(sənədli serial)(Aztv)-quruluşçu rejissor
Qax abidələri (film, 2001)
Qudyalçay (film, 2001)
Padarçöl (film, 2002)
Koroğlu (film, 2003)
Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
Cavad xan (film, 2009)
Teatral həyat (film, 2009)
Molla Cümə (film)(Sənədli Film)(AzTv)
Şıx Ocağının İşığı (????)
Teatr tamaşaları
Ölüləri qəbiristanlıqda basdırın
Bəylik dərsi
Zəncirbənd
Qaravəlli
Müraviyə vəkilləri
Tarix: 04.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 476 Bölmə: Aktyorlar