Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brüs Li

Brüs Li (Çincə: 李小龍, 27 Noyabr 1940 – 20 İyul 1973) Əslən çinli olan Amerika aktyoru, Kunq Fuvə Vin Çun ustası. Brüs Linin 1967-ci ildə yaratdığı Citkyundo sistemi bu günə gədər populyar döyüş növlərindən biridir.Mündəricat
1 Həyatı
2 Film karyerası
3 Vəfat səbəbi
4 Fiziki nailiyyətləri
5 Filmoqrafiya
6 Xarici keçidlər


Həyatı

Brüs Linin heykəli (Honq Konq)

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində San Fransiskoda anadan olan Brüs Linin əsil adı Brüs Jun Fen Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu.Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. Ailəsi, onun Kunq Fu öyrənməsini istədilər. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı. Li Kunq Funu şüursuz bir şəkildə öyrənməyə başladıqdan sonra, küçə döyüşündə məğlub olmamaq üçün Kunq Funu öyrənməyə başladı. 1954-də məşhur Kunq Fu Ustası Sifu Yip Manın şagirdi oldu və Vin Çun sistemini öyrənməyə başladı. Sonrakı vaxtlarda Vin Çun sisteminə boks işlərini də əlavə etməyə başladı.

Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu. Bir müddət sonra Brüs ABŞ-a gedir. Vaşinqton Universitetinin Fəlsəfə Hissəsinə yazılır. Rəqs tarazlığı saxlamağı öyrəndi. Ən sevdiyi rəqs olan "Ça Ça Ça" rəqsində Honq Konq çempionu seçildi. 19 yaşı olanda küçə döyüşlərində daha da fəal oldu. Beləliklə 1959-cı ildə ailəsi onu liseyi bitirmək üçün Amerikada yoldaşlarının yanına göndərməyə qərar verdi. Liseyi qurtarıb Vaşinqton Universitetinə girdi və gecələri restoranda işləməyə davam etdi. 22 yaşı olanda "Çin Kunq Fusu" adlı kitabını nəşr etdi. Bir tərəfdən məktəbə davam edərkən, bir tərəfdən də Amerikalılara Çin Mədəniyyətinin zənginliyini izah etmək üçün o günə qədər Çinlilərdən başqasına öyrədilməsi qadağan olan olan Kunq Fu dərsləri verməyə başlayır. Bu məqsədlə öz adını daşıyan JUN FEN KUNG FU adında bir məktəb açır. Bu idman məktəbi 1963-cü ilə qədər açıq qaldı. 1964-ci ildə Linda Emeri adlı qızla evləndi.Bir müddət sonra Kaliforniyaya köçdülər. 1965-ci ildə oğulu Brandon Li oldu. Bir neçə il sonra qızı Şannon dünyaya gəldi. Li daha sonra Oaklandda ikinci məktəbini açdı. Burada geniş bir kütləyə, Amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat etdi. Brüs Li 4 şagirdə Cit Kun Do sənətini öyrətmişdir: Taki Kimura, Ceyms Yimm Li, Dan Inosanto və Ted Vonq.

Film karyerası

İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla çəkilən filmidir. Film Honq Konq və cənub-şərq Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Linin bu filmlərində özünə xas xüsusi stilini də görmək olurdu. Dövrün super ulduzu Vang Yu Böyük Usta çəkilən filmin gözəl olması üçün döyüş səhnələrinin xoreoqrafiyasını nizamlarkən gecə gündüz çalışırdı. Hərəkətli səhnələr uzun planlı çəkilişlər tələb edirdi. Nunçaku, Bo, Kali, bıçaqlar və bunun kimi bütün döyüş alətlərindən istifadə edərək döyüş səhnələrini daha da təsirli edirdi.

Sonralar Grin Hornet adlı bir serialda çəkilməyə başladı. Lakin bu serial bir mövsüm sonra bağlandı. Daha sonra Ceyms Qarnerin çəkildiyi "Marlove" adlı filmdə kiçik bir rolda çəkildi. Şikəst oldu amma imtina etmədi. Bu kiçik rol ona heç bir fayda vermədi. Li ondan sonra döyüş 3 Knuns adlı məktəb açmağa qərar verdi.O, burada şagirdlərinə Jit Kun Donu öyrətdi. Stiv MakKuin, Əbdul Cabbar, Ceyms Koburn, Don İnosanto kimi tanınmış şagirdləri oldu. 1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə aldı.

Brüs Li çəkildiyi filmlərlə Kunq Funu bütün dünyada məşhur etdi. Eskrima ustası Dan Inosanto, Linin xüsusi stili Jit Kun Donun qətiyyən göstəriş üçün olmadığını, əksinə çox həqiqi, bədən hərəkətlərinin funksiyasına uyğun bir idman olduğunu söyləyərdi. Linin bütöv bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor olduğunu, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini söyləyərdi.

Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor olaraq Amerikada yeddi dəfə karate çempionu olmuş Çuk Norris çəkildi. Filmin final mübarizəsində isə sanki Karate və Kunq Funun mübarizəsi göstərilirdi. Brüs Linin hər filmində bir yenilik vardı. Brüs Lin Dan İnosantio və Kərim Abdül Cabbar ilə "Ölüm Oyunu" filmində də çəkildi. Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm Oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahaya Giriş" filmi çəkildi. Amerikan Kinosunda və Uzaq şərq filmində super ulduzla çevrilən Li "Ölüm Oyunu" adlı filmini tamamlamadan vəfat etdi.

Həkimlər ona döyüş sənətin əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmaması lazım olduğunu söylədilər. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biriydi. 6 ay yataqda qaldı.Bu zaman "Cit Kun Do Tao" adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı.

Vəfat səbəbi

Brüs Li və Brandon Linin məzarları

20 iyul 1973-cü ildə Brüs Linin ölümü tragediya olaraq qaldı. Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü.

Brüs Linin öləcəyi heç kimin ağlına gəlmirdi. Belə ki, Bettində baş rolda oynayacağı "Ölüm oyunu" adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə onlardan ayrıldı. Başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünündə istifadə etdiyi bir aspirin qarışığı olan Equogesic verdi. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına getdi. Raymond axşam nə üçün gəlmədiklərini öyrənmək üçün onları axtardığında Betti, Brüsün yataqda qaldığını söylədi. Raymond Bettiтin evinə gedib Brüsü qaldırmağı çalışdı amma bacara bilmədi. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı.

Kiçik əjdaha Brüs xəstəxanaya getdiyində ölü idi. Təcili yardımda ürək və tənəffüsə müdaxilə edildi.Ama bir həyat əlaməti yox idi. Brüsün necə öldüyü əslində müzakirə mövzusu oldu. Ölümünün beynindəki şişdən ola biləcəyi deyildi. Bunun doğuşdanmı yoxsa daha sonramı ortaya çıxdığı məçul idi.Amma başında hər an partlamaq üzrə olan ziyan görmüş bir damarla birlikdə də çox vaxtı yox idi. Hətta ölümündən 2 ay əvvəl bir beyin zədəsi keçirmişdi. Minlərcə insan küçələrə tökülüb, son səfərində onu tək buraxmaq istəmədilər. Kütləni dayandırmaq üçün polis tərəfindən barrikadalar belə quruldu. Digər bir tragediyada isə oğulu Brendon Linin 31 mart 1993-cü ildə Amerikanın Şimali Karolina əyalətində "Qarğa" adlı filminin çəkilişləri əsnasında qarınından vurularaq ölməsidir. Brüs Li Amerikanın Seattle əyalətində Lake View qəbiristanlığına basdırılmışdır. Daha sonra 31 mart 1993-cü ildə Brendon Li də atasının yanına basdırıldı. Hər gün özünün və oğulunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar ziyarət edirlər.

Fiziki nailiyyətləri
Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi.

FilmoqrafiyaİlOrijinal adıFilmin adı
1941Golden Gate GirlQızıl darvaza Qız
1946The Birth of MankindBəşəriyyətin yaranması
1948Fu gui fu yun~Wealth is Like a DreamVar dövlət xəyala bənzəyir
1949Meng li xi shi~Sai See in the DreamSai xəyyallarda görünür
1950Xi lu xiang~The KidUşaq
1951Ren zhi cue~InfancyKörpəlik dövrü
1953Qian wan ren jia
1953Fu zhi guo~Blame it on FatherGünah Atadadır
1953Ku hai ming deng~The Guiding LightRəhbərlik işığı
1953Ci mu lei~A Mother's TearsAnanın göz yaşları
1953Wei lou chun xiao~In the Face of DemolitionDağıntının qarşısında
1955Gu xing xue lei
1955Gu er xing
1955Ai~LoveXoşlamaq
1955Ai xia ji~Love Part 2Xoşlamaq 2
1955Er nu zhai~We Owe It to Our ChildrenBiz öz uşaqlarımıza borcluyuq
1956Zhia dian na fu
1957Lei yu~The ThunderstormTufan
1960Ren hai gu hong~The OrphanYetim
1969MarloweMarlov
1971The Big BossBöyük Boss
1972Fist of FuryQəzəbin yumruğu
1972The Unicorn PalmTəkbuynuz palma
1972The Way of the DragonƏjdahanın qayıdışı
1973Enter the DragonƏjdahaya giriş
1978Game of DeathÖlüm oyunu
1981Game of Death IIÖlüm oyunu 2


Tarix: 07.02.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 831 Bölmə: Aktyorlar
loading...