Cəmil Debbouz(fr. Jamel Debbouze,18 iyun 1975-ci il, Paris) — Mərakeş əsilli Fransız aktyoru, rejissoru və şoumeni.
Həyatı
Kann Film festivalinda 2006-cı ildə İndigenes adlı film ilə aldığı ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə də Sezar mükafatına namizəd olmuşdur.
Aktyor, 1990-cı ildə hələ 15 yaşındaykən Trappesdəki metro stansiyasında dostlarıyla oynayarkən 150 km/s sürətlə geden bir qatarın çarpması nəticəsində sağ qolunun işlətmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısa metrajlı bir filmdə oynamış, sonraki illərdə də nir çox qısa metrajlı filmlərdə rol almışdır.
1996-cı ildə ilk uzun metrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramları aparmış, seriallarda rol almışdır. 2004-cü ildə y Olimpiya oyunları atəşini Fransa adına daşımışdır.
Filmoqrafiya
Parlez-moi de la pluie – (2008) – Karim
Astérix aux jeux olympiques – (2008) – Numerobis
Indigenes – (2006) – Said Otmari
Mələk-A (film, 2005) – Andre
She Hate Me – (2004) – Doak
Le Boulet – (2002) – The Malian guard
Asterix & Obelix: Mission Cléopatre – (2002) – Numerobis
Le fabuleux destin d'Amélie Poulain – (2001) – Lucien
Elie annonce Semoun – (2000)
Le Ciel, les oiseaux et... ta mère! – (1999) – Youssef
Zonzon – (1998) – Kader
Les Deux papas et la maman – (1996)
Tarix: 07.02.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Aktyorlar