Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahid Kapur

Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur.

Həyatı

Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.

FilmoqrafiyaİlFilmin adıFilmin orijinal adıRoluQeydlər
1999Ritm (film, 1999)Taal"Kahin Aag Lage" musiqisində arxa planda
2003Romantik Sevgi (film, 1999)Ishq VishkRaciv MathurFilmfare Ən Yaxşı Debüt
2004Sevgiylə oyun (film, 2004)FidaCay Malhotra
2004Ürək daha çoxunu istəyir (film, 2004)Dil Maange MoreNikhil Mathur
2005Sevmək və təslim olmamaq (film, 2005)Deewane Huye PaagalKaran
2005Həyat necədə gözəldir (film, 2005)Vaah! Life Ho Toh Aisi!Aditya "Adi" Verma
2005Zirvə (film, 2005)ShikharCaydev "Cay" Vardhan
200636 Çin qalası (film, 2006)36 China TownRac Malhotra
2006Sakit, sakit (film, 2006)Chup Chup KeCetu Prasad Şarma
2006Evlilik (film, 2006)VivahPrem
2007Tam son (film, 2007)Fool n FinalRaca/Rahul
2007Görüşdüyümüz vaxt (film, 2007)Jab We MetAditya KaşyapNominasiya - Filmfare Ən Yaxşı Aktyor
2008Tale ilə əlaqə (film, 2008)Kismat KonnectionRac Malhotra
2009Əclaf (film, 2009)KamineyÇarli - QudduNominasiya - Filmfare Ən Yaxşı Aktyor
2009Ürək deyir yaşa (film, 2009)Dil Bole Hadippa!Rohan Sinq
2010Şansa görə rəqs et (film, 2010)Chance Pe DanceSameer Behl
2010Məktəb (film, 2010)PaathshaalaRahul Kapur
2010Yaramazlar şirkəti (film, 2010)Badmaash CompanyKaran Kapur
2010Görüşərik, görüşərik (film, 2010)Milenge MilengeAmit "Immy" Kapur
2011Mövsüm (film, 2011)MausamHarinder "Heri" Sinq
2012Bizim hekayə (film, 2012)Teri Meri KahaaniCavid/Qovind/Kriş
2013Maniş Şarma'nın filmiManeesh Sharma's Next
2013Ov (film, 2013)Vettai
2013Becoy Nambiar'ın filmiBejoy Nambiar's Next
2013NamakNamak
2013Dharma layihəsiDharma Productions


Tarix: 07.02.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Aktyorlar
loading...