Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadıq İbrahimov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax


Həyatı

İbrahimov Sadıq Əliabbas oğlu 23 dekabr 1945-ci ildə doğulmuşdur. 1970-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1970-ci ildən Akademik Milli Dram Teatrına artist heyətinə qəbul edilən S.İbrahimov, teatrın səhnəsində Prokuley ("Antoni və Kleopatra" V.Şekspir), Bədəl ("Hacı Qara" M.F.Axundov), Qüdrət ("Mahnı dağlarda qaldı" İ.Əfəndiyev), Alman zabiti ("İnsan" S.Vurğun), Rəşid ("Kəndçi qızı" M.İbrahimov), Hacı İslam ("Dəli yığıncağı" C.Məmmədquluzadə), Bəxtiyar ("Fitnə" A.Şaiq), Yaralı əsgər ("Maqbet" V.Şekspir), Kiçik zabit ("İblis" H.Cavid), Dəmirgüc ("Torpağa sancılan qılınc" N.Xəzri), Xan ("Lənkəran xanının vəziri" M.F.Axundov), Nəcəfov ("Kərgədan buynuzu" M.İbrahimbəyov), Fesey ("Şah Edip" Sofokl), Kamil Paşa ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı ), Arqant ("Skapenin kələkləri" Molyer), Hidayət ("Xurşidbanu Natəvan" İ.Əfəndiyev), Hacı Baxşəli ("Ölülər" C.Məmmədquluzadə), Mirzə Abuturov ("Mesenat" Ə.Əmirli) kimi rollar oynamışdır.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Ömrün ilk anı" filmində Neftçi Qurban, "Qatır Məmməd" filmində Səlim və Azərbaycan Dövlət televiziyasında hazırlanmış "Mehmanxana sahibəsi" teletamaşasında Fabrisio rollarına çəkilmişdir.

2002-ci ildə Sadıq İbrahimov Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Qatır Məmməd (film, 1974)
Mehmanxana sahibəsi (film, 1978)
Sarıköynəklə Valehin Nağılı (film)
Ölüm növbəsi (film, 2009)


Tarix: 04.02.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Aktyorlar
loading...