Aktyor
Həyatı
Azad Hətəm oğlu Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində - Rza Təhmasibin kursunda təhsil alıb (1977-1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981-1984). Daha sonra Tədris Teatrında (1984-1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990-1992) çalışıb.
1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır. 2003-cü ildə İranda keçirilən I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Əməkdar artistdir (2002).
Filmoqrafiya
Şirin bülbül (film, 2000)
Başmaq (film, 2001)
Əsirin qayıtması (film, 2002)
Qeybdən gələn səs (film, 2002)
Bir anın həqiqəti (film, 2003)
Oyun (film, 2003)
Tənha durna uçuşu (film, 2003)
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Yalan (film, 2006)
Cavid ömrü (film, 2007)
Prokuror (2008)
Qovğalı kəndinin gecələri (film, 2008)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Sübhün səfiri (film, 2012)
Qağayı (2012)
Tarix: 31.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Aktyorlar