Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat və qəlyanaltılarKartof püresi gül şəklində

Ərzaqlar:

4 kartof
kərə yağı
duz
qara və qırmızı istiot
1 yumurta
kamamber pendiri (başqa yumşaq, krem kimi pendir də olar, məsələn krem-çiz və ya bri)


Hazırlanma qaydası:

Kartofu qaynadıb püre hazırlayın. Duz, qara və qırmızı istiot, kərə yağı, pendir və çalınmış yumurta əlavə edib qarışdırın. Ucuna ulduz formalı başlıq taxılmış krem torbasının içinə doldurun. Sininin içinə perqament qoyun. Torbanı sıxaraq perqamentin üstünə “kartof gülləri” düzün.
Sonra sobada 180* Selsidə, təxminən 15-20 dəqiqə bişirin. Ardı »

Salat və qəlyanaltılar“Duyğu” salatı

Ərzaqlar:
300 qram vetçina
200 qram pendir
150 qram kök
1 ədəd xiyar
2 ədəd yumurta
Mayonez
Duz, istiot


Hazırlanma qaydası:
Pendiri sürtkəcin iri gözündən keçirin. Vetçinanı dilimləyin. Yumurtaları bərk bişirin. Xiyarı sürtkəcin iri gözündən keçirin.
Boşqabda salatı aşağıdakı laylarla yerləşdirin. Layların arasına mayonezi sürtməyi unutmayın.
1-ci lay: pendir, mayonez
2-ci lay: vetçina,mayonez
3-cü lay: pendir, mayonez
4-cü lay: vetçina, mayonez
5-ci lay: xiyar, mayonez
6-cı lay: kök, mayonez
Salatı süfrəyə verərkən öz zövgünüzə görə bəzəyə bilərsiz. Nuş olsun! Ardı »

Salat və qəlyanaltılarPendirli ve Qozlu İspanaq Salatı

[c][color=#c238dd][b]Təzə ispanaqdan hazırlanan bu salat çox ləzzətli olur. Azərbaycanda ispanağı adətən bişmiş vəziyyətdə yeyirlər, amma məncə təzəsi də çox ləzzətli olur. Təzə ispanaq Amerikada salatların içində ən çox istifadə olunan yaşıl ərzaqlardandır. Burada ispanaq salatının bir çox növü var. Onlardan biri isə mənim ən çox bəyəndiyim pendirli və qozlu salatdır.

Pendirli və Qozlu İspanaq Salatı

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 Ardı »

Salat və qəlyanaltılarToyuq salatı

Salatın resepti

Tərkibi:

400 qram hisə verilmiş toyuq

100-150 qram qara gavalı

100 qram qoz ləpəsi

2 ədəd kök

4 ədəd kartof

4 ədəd yumurta

300 qram pendir

250 qram şampinyn göbələyi

duz, mayonez

1 x.q. bitki yağı

təzə xiyar

3 x.q. qoz ləpəsi

Salatı bəzəmək üçün cəfəri və mərcanı lazımdır.


Hazırlanma qaydası:

Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirin.

Kartof və kökü bişirib təmizləyin. Kökü sürtkəcin iri gözündən keçirin, kartofu isə xırda-xırda doğrayın.

Tavaya bitki yağı töküb isidin. Sonra xırdalanmış şampinyonları yağda 7 dəqiqə ərzində bişirin. Üzərinə düz səpib soyumaq üçün kənara qoyun.

Qara gavalını yuyub qurulayaraq xırda-xırda doğrayın.

Pendiri sürtkəcin xırda gözündən keçirin.

Hisə verilmiş toyuğu xırda tikələrə bölün.

Qoz ləpəsini blenderdən keçirin.

Daha sonra hazırladığınız ərzaqları salat qabına laylarla düzün:

1-ci lay: kök, Ardı »

Salat və qəlyanaltılarRəngli Bolqar Bibəri Salatı

ƏRZAQLAR

2 ədəd iri qırmızı Bolqar bibəri
2 ədəd iri sarı Bolqal bibəri
2 ədəd portağal rəngli Bolqar bibəri
xırda doğrançəş cəfəri (zövqə görə nanə də əlavə edə bilərsiniz)
2-3 diş əzilmiş sarımsaq
təxminən yarım limonun suyu
zeytun yağı
duz
istiot


1. Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya manqalda, ya da sobada bişirin – Qabığı bir az qaralanda və bibərlər azacıq yumuşalanda bibərlər hazırdır. Diqqət! Bibərləri çox bişirməyin, yoxsa xəşilə dönər. Bİbərlər bir az bişməli, amma eyni zamanda da diri qalmalıdırlar.

2. Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın. Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir Ardı »

Salat və qəlyanaltılarGÖBƏLƏKLİ YAY SALATI

1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı Bolqar bibəri
1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
1 ədəd kiçik yaşıl Bolqar bibəri
1 ədəd orta boy turşu-xiyar
1 ədəd orta boy təzə xiyar
zövqə görə şüyüd
1 ədəd orta boy baş soğan
3-4 x. qaşığı limon suyu
3-4 x.qaşığı zeytun yağı
duz
istiot


1. Göbələkləri ortadan iki yerə kəsin.

2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.

3. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və Ardı »

Salat və qəlyanaltılarFəvvarələr meydanı salatı

Toyuğun döş əti–2

Təzə xiyar – boyük xiyarın yarısı

Təzə pomidor – 2 (ətli olsun)

Cəfəri – bir bağlama

Mayonez

Duz, istiot


Toyuq döshünü yuyun, bishirib soyudun. Kubiklara doğrayın. Pomidor və xiyarı da kubiklara doğrayın. Bunlar hamı bir miqdarda olmalıdırlar. Cəfərini xırdalayın. Mayonez süfrəyə verilərkən qatılır. Bu salat yaxshı ağ bulka ilə yaxshıdır.
Nuş olsun! Ardı »

Salat və qəlyanaltılarİncəlik salatı

Tərkibi:

Kartof
Duzlu xiyar
Təzə xiyar
Çuğundur
Yumurta
Kök
Yaşıl soğan
Şüyüd
Mayonez
Xama (smetan)
Duz, istiot


Hazırlanması:Bütün tərəvəzlər bişirilir. Duz, istiot yaddan çıxmasın. Bişmiş tərəvəz sürtkəcin böyük gözündən keçirilir. Göyərtini xırdalayın. Yaxşı olar ki, təzə xiyarı əvvəldən sürtkəcdən keçirib ılıyin içinə qoyun (suyu süzülmək üçün). Sonra tərəvəzi lay-lay yığın:

1-ci lay

kartof, duzlu xiyar, mayonez, üstə yaşıl soğan

2-ci lay

çuğundur, mayonez, şüyüd

3-cü lay

yumurta, təzə xiyar, mayonez, yaşıl soğan

4-cü lay

kök, xama, şüyüd Ardı »