Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pendirli ve Qozlu İspanaq Salatı

Təzə ispanaqdan hazırlanan bu salat çox ləzzətli olur. Azərbaycanda ispanağı adətən bişmiş vəziyyətdə yeyirlər, amma məncə təzəsi də çox ləzzətli olur. Təzə ispanaq Amerikada salatların içində ən çox istifadə olunan yaşıl ərzaqlardandır. Burada ispanaq salatının bir çox növü var. Onlardan biri isə mənim ən çox bəyəndiyim pendirli və qozlu salatdır.

Pendirli və Qozlu İspanaq Salatı

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu


1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot

İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın. Nuş olsun!


Tarix: 18.12.2012 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 396 Bölmə: Salat və qəlyanaltılar
loading...