Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat və qəlyanaltılar“Tısbağa” salatı

Ərzaqlar:
4 ədəd yumurta
200 qram vetçina
2 ədəd soğan
100 qram pendir
2 ədəd turş alma
4 dilim baton çörəyi
0,5 stəkan qoz
400 qram mayonez


Hazırlanma qaydası: yumurtaları bişirib, sarısını ağından ayırın. Yumurtanın ağını xırda-xırda doğrayın. Pendiri və almaları (qabıqsız) sütkəcin iri gözündən keçirin. Vetçinanı dilimlərə doğrayın. Baton çorəyini kub formasında doğrayıb, zeytun yağında qızardın.
Salatı boşqabda laylarla aşağıdakı kimi düzün:
1-ci lay: yumurtanın ağı
2-ci lay: vetçina dilimləri
3-cü lay: dairəvi formada doğranılmış soğan, mayonez
4-cü lay: sürtkəcin iri gözündən keçirilən pendir
5-ci lay: sürtkəcin iri gözündən keçirilən alma, mayonez
6-cı lay: zeytun yağında qızardılmış baton çörəyin dilimləri
7-ci Ardı »

Salat və qəlyanaltılarPortağal salatı

Tərkibi:

3-4 portağal
300 q toyuq filesi
200 q xiyar
duz
mayonez


Fileni bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın.
Portağalları yuyun. Bıçaqla portağalları orta xəttilə ziqzaq formasında kəsib ikiyə bölün. İçini çıxarın. Plyonkasını təmizləyib xırda doğrayın. Ancaq salata bu lətin az hissəsini vurun.
Xiyarı kubik doğrayın. Toyuq əti, portağal ləti və xiyarı qarışdırın. Zövqə görə duz və mayonez vurub qarışdırın. Portağal qabıqlarının içinə doldurun. Üstünü hansısa giləmeyvə ilə bizəyə bilərsiniz. Ardı »