Seçmə xörəklər → QOVURMA BOZBAŞ
Qoyun əti – 163 q,
quyruq – 20 q,
baş soğan – 72 q,
kartof – 100 q,
şabalıd – 30 q,
təzə alça – 20 q,
və ya quru alça - 10 q,
keşniş – 10 q,
zəfəran - 0,1 q,
istiot,
duz.
Qoyun əti 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qızardılır. Bulyon əlavə edilib bişirilir. Hazır olana 30 dəqiqə qalmış kartof, təmizlənmiş şabalıd, alça qatılıb bişirilir. Süfrəyə verdikdə zəfəran şirəsi və göyərti əlavə edilir. Yay vaxtı zəfəran və alça əvəzinə 50 q qırmızı pomidor götürülür. Ardı »