TURŞU-SIYIQ
Bulyon – 40 q,
düyü – 30 q,
baş soğan – 24 q,
göy soğan – 26 q,
yerkökü – 40 q,
ispanaq – 50 q,
quzuqulağı – 50 q,
ərinmiş yağ – 15 q,
keşniş və ya nanə - 10 q,
lavaşana – 50 q,
duz,
istiot.
Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy soğan, ispanaq və quzuqulağı qatılıb bişirilir.
Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.
Tarix: 21.12.2012 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 221 Bölmə: Seçmə xörəklər
loading...