PİTİ
Ərzaqların miqdarı küftə-bozbaşda olduğu kimidir.
Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir. Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır.
Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər.
Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir.
Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
Tarix: 21.12.2012 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 375 Bölmə: Seçmə xörəklər
loading...